22.04.2020 [17:01] - Güney Azərbaycan xəbərləri
İranın tanınmış aktrisası Səhər Qureyşinin Tehran parklarından birində bələdiyyənin təmizlik işçisinə qarşı etdiyi qeyri-etik hərəkət sosial şəbəkələrdə böyük etirazlara səbəb olub.
Videoda aktrisanın təmizlik işçisinin yanından keçərkən paltarlarının rənginin uyğun olmasına görə onunla şəkil çəkdirmək üçün yanına getdiyi görünür. Lakin təmizlik işçisi buna etiraz etdikdə aktrisa "bir bunun mənə get deməsi qalmışdı" deyərək, yanında olan rəfiqələri ilə gülür.
Bundan sonra Tehran Şəhər Şurasının üzvü Məcid Fərahani "İnstagram" səhifəsində yazdığı statusda bildirib ki, xanım Qureyşi rəsmi qaydada üzr istəmədiyi təqdirdə, paytaxt Bələdiyyəsində ondan məhkəməyə şikayət edilməsi məsələsini qaldıracaq.
40-dan çox filmdə çəkilən cavan aktrisa Səhər Qureyşi bundan öncə də dəfələrlə qalmaqala səbəb olub.
O, iki il əvvəl qadınların stadionlara buraxılmasına qarşı çıxaraq, "çoxlu sayda kişinin ətrafında olmağın qadınların pərişanlığına səbəb olduğunu" iddia etmişdi.
"İnstagram" səhifəsində 7 milyondan çox izləyicisi olan aktrisa insanların onun bu alçaldıcı və təhqiramiz hərəkətinə qarşı etirazlarına baxmayaraq, hələ ki, son video ilə bağlı açıqlama yazmayıb.

Bu xəbər oxucular tərəfindən 394 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |