Şrift:
Son dəqiqə: Tramp İran qayıqlarına atəş açmaq əmri verib
22.04.2020 [17:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp ölkəsinin Hərbi Dəniz Qüvvələrinə İran qayıqlarına atəş açmaq göstərişi verdiyini deyib.



O, "Twitter" hesabında yazdığı statusda qeyd edib ki, Hərbi Dəniz Qüvvələrinə dənizdə Amerika gəmilərinə qarşı təxribat törədən İran qayıqlarına atəş açaraq onları məhv etmək icazəsi verib.



Ötən həftə "Sepah" terror təşkilatına məxsus qayıqlar körfəzdə ABŞ hərbi gəmilərinin ətrafında təhlükəli manevrlər etmişdilər.



ABŞ ordusu "Sepah"ın addımını provakativ adlandırmış, Dövlət Departamenti isə rəsmi Vaşinqtonun bu addıma qarşı atıla biləcək mümkün addımları araşdırdığını bəyan etmişdi.



Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarının Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanması aprelin 15-də yaydığı bəyanatda 11 İran qayığının bu ölkəyə məxsus bir neçə hərbi gəminin arxa və qabaq tərəfindən sürətlə keçərək, təxribatçı addım etdiyini bəyan etmişdi.



Bəyanatda qeyd edilirdi ki, 1 saata yaxın sürən bu təxribatçı addım radio xəbərdarlıqdan sonra sona çatmışdı.
Bu xəbər oxucular tərəfindən 401 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed