23.04.2020 [11:02] - Xəbərlər, Mədəniyyət
Aprelin 23-ü Dünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə kitaba və müəlliflərə hörmət əlaməti olaraq bu əlamətdar gün bütün dünyada qeyd olunur.
UNESCO-nun baş direktoru Odre Azule Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə ictimaiyyətə müraciət edib. Müraciətdə koronovirus (COVID-19) pandemiyası dövründə insanların çoxunun özünütəcrid şəraitində mütaliə etdiyi qeyd olunur. Diqqətə çatdırılır ki, kitab həm əyləndirmək, həm də bilik vermək iqtidarına malikdir. Kitab, həmçinin insanı əsərin müəllifi, digər aləm və ya mədəniyyətlər ilə tanış olmağa kömək edir, eyni zamanda, insanın öz dünyasına dərindən nüfuz etməsinə imkan yaradır.
Müraciətdə kitabları ərsəyə gətirən müəlliflərin rolu vurğulanır. Qeyd olunur ki, məhz onların istedadı sayəsində bizim üçün həyatın rəngarəngliyini görməyə imkan yaradılır, dünyaya pəncərə açılır. Bu beynəlxalq gün aprelin 23-də, əsərləri dünyagörüşümüzü dörd yüz ildir zənginləşdirən Uilyam Şekspirin, Migel Servantesin, İnka Qarsilaso de la Veqanın vəfatı gününün ildönümündə qeyd edilir. Onları xatırlayarkən biz kitabla bağlı digər sənət nümayəndələrini, ədəbi irsimizin populyarlaşmasında bilavasitə iştirak edən, yeni yaradılan əsərlərlə tanış olmaq imkanı yaradan, yeni ideyaların yayılmasını təmin edən naşirləri, redaktorları və tərcüməçiləri yaddan çıxara bilmərik. Bu sənətləri dəstəkləmək və təşviq etmək lazımdır.
Azərbaycanda Dünya Kitab və Müəlliflik Hüququ Günü 1997-ci ildən qeyd edilir.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 2018-ci il 20 aprel tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb. Agentliyin qarşısında duran əsas vəzifələr müəllif və oxşar hüquqların qorunması və təmin edilməsi, rəqəmli hüquqların idarə edilməsi, kontrafaksiya və piratçılığa qarşı mübarizə ilə yanaşı, sənaye mülkiyyəti obyektlərinin idarə edilməsi və bu idarəçiliyin zamanın tələblərinə uyğun təşkili, patent və əmtəə nişanlarına dair müraciət edən şəxslər üçün dürüstlüyün, açıqlığın və şəffaflığın təmin edilməsidir.

Bu xəbər oxucular tərəfindən 375 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |