Şrift:
Ən iri yük daşıyan şirkət İranla işləmək istəmir
10.10.2012 [11:08] - Güney Azərbaycan xəbərləri
Dünyada ən iri yük daşıyan «Maersk» şirkəti iş şəraitinin pisləşməsi ilə əlaqədar İrandan çıxdığını elan edib.
BBC-in məlumatına görə, iş şəraitinin pisləşməsini isə şirkət nüvə proqramı ilə bağlı İrana tətbiq edilən sanksiyaları əsas göstərib.

Şirkət təmsilçisi bütün məsələləri götür-qoy etdikdən sonra Tehranla kiçik ticarət əlaqəsinin çox böyük risk olduğunu, buna görə də başqa müştərilərlə münasibəti pozmaq istəmədiklərini söyləyib.

Qeyd edək ki, Malaziyanın “AirAsia”, Böyük Britaniyanın isə “BMİ” hava yolları şirkətləri də iki gün öncə İrana uçuşları dayandırdıqlarına dair ayrı-ayrılıqda bəyanatla çıxış ediblər.

«AirAsia”-nın bəyanatda bildirilib ki, İslam Respublikası ilə iş şəraiti çətin olduğuna, eləcə də İran milli pulunun dəyərinin sabit olmamasını nəzərə alaraq, oktyabrın 14-dən İranla əməkdaşlığı dayandırmaq qərarına gəliblər.

İngilislər isə bəyanatında «BMİ»-nin Böyük Britaniyanın “British Airways” Hava Yolları Şirkətinin tam ixtiyarına verildiyi üçün oktyabrın 13-dən İrana bütün uçuşları dayandıracaqlarını vurğulayıblar.
Bu xəbər oxucular tərəfindən 1038 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed