23.04.2020 [11:11] - Gündəm, İdman
Dünya çempionu Maqnus Karlsenin dəvəti ilə təşkil edilən şahmat üzrə onlayn superturnirin bu gün üçüncü turunun növbəti qarşılaşmaları keçiriləcək.
Turun son oyunlarında fransalı Maksim Vaşe-Laqrav çinli Liren Dinq, niderlandlı Aniş Giri rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşacaqlar.
Qeyd edək ki, üçüncü turun ilk oyunlarında ABŞ idmançısı Fabiano Karuana ilə qarşılaşan norveçli Maqnus Karlsen ilk iki partiyada qələbədən sonra bir heç-heçə də edərək görüşün taleyini son partiyaya saxlamayıb. Dördüncü partiyadakı heç-heçə qarşılaşmanın yekun hesabını müəyyənləşdirib – 3:1. ABŞ-ın digər nümayəndəsi Hikaru Nakamura isə turnirdə hələ ki, özünü göstərə bilməyən FIDE təmsilçisi Əlirza Firuzcanı 3 partiyaya məğlub duruma salıb – 2,5:0,5. Burada da yalnız hesabı müəyyənləşdirən son partiyanı da qalib başa vuran H.Nakamuranın qələbə hesabı 3,5:0,5 olub. Hər iki cütlükdə qaliblər 3 xal alıblar, məğlublar əliboş qalıblar.
Ötən oyunların yekun nəticələrinə görə, M.Karlsen 8 xala malikdir. H.Nakamura 7 xalla ikinci pillədədir. F.Karuananın 5, M.Vaşe-Laqrav və L.Dinqin 4, Y.Nepomnyaşinin 2 xalı var. Ə.Firuzca və A.Giri hələ ki, xalsızdırlar.
Qarşılaşmalarda M.Karlsen ABŞ şahmatçısı Fabiano Karuana, Birləşmiş Ştatların digər şahmatçısı Hikaru Nakamura isə FIDE bayrağı altında çıxış edən iranlı Əlirza Firuzca ilə mübarizə aparacaqlar.

Bu xəbər oxucular tərəfindən 615 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |