23.04.2020 [11:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Mədəniyyət və İrşad Nazirliyi, Teleradio Şirkətinin 1-ci kanalında ölkədə farsdillilərin milli azlıq adlandırılmasına reaksiya verib.
İrşad nazirinin müşaviri Mahmud Şaluyi çərşənbə günü mövzu ilə bağlı açıqlama verərək bildirib ki, bu məsələnin kənarından ehmalca keçmək düzgün deyil.
“Şübhəsiz ki, “Sibqət müsabiqəsi” verilişinin aparıcısının ölçüsüz, çiy və gözlənilməz ifadəsi bu qədər dərin tarixə malik olan ölkəyə heç bir xələl gətirə bilməz. Lakin bu məsələnin kənarından ehmalca keçmək və ya görməzdən gəlmək də düzgün deyil. Bütün hallarda gözlənti ondan ibarətdir ki, hər kəs bu dərin dilə hörmət etməyi özünə vəzifə bilməli, onun qorunub saxlanması üçün əlindən gələni etməlidir. Biz bu dilin çikəklənməsinə yardım edib və sözün əsl mənasında bu nemətin qədirini bilməliyik. Bu şirin dili daha da zənginləşdirib, onun özəlliklərini bütün dünyaya göstərmək lazımdır.”- deyə o bildirib.
Qeyd edək ki, ötən günlərdə İran Teleradio Şirkətinin 1-ci kanalının aparıcısı fars dillilərin İranda milli azlıq olduğunu etiraf edib.
Videoda göründüyü kimi, aparıcı verilişin qonağından türkcə danışmasını istəyib. O bildirib ki, mən özüm də türkəm, mənim həmkarlarım və izləyicilərin çoxu da türkdür.
Aparıcı qonaqdan evdəki izləyicilərə olan arzusunu türk dilində dilə gətirməsini və həmin sözün milli azlıqdan ibarət olan fars dillilər üçün tərcümə etməsini istəmişdir.
İranın keçmiş təhsil nazirinin də bu barədə məşhur açıqlaması var. O bildirmişdir ki, “İranda uşaqların 70 faizi iki dillidir. Biz fars dili və mədəniyyətini ölkənin 70 faiz uşaqlarına təhmil edə bilmərik.”
Bu açıqlamadan aydın olur ki, fars dillilər İranda əhalinin 30 faizini təşkil edir.

Bu xəbər oxucular tərəfindən 291 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |