23.04.2020 [19:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp "Sepah" terror təşkilatının kosmosa "Nur" adlı hərbi peyk göndərməsinə münasibət bildirib.
Tramp qeyd edib ki, rəsmi Vaşinqton Tehranı çox yaxından izləyir və İran barəsində onların özlərindən (iranlı rəsmilər-red.) daha çox məlumatlıdır.
Onun sözlərinə görə, ölkəsi sözügedən məsələ ilə bağlı hadisələri nəzarət altında saxlayır. Eləcə də, ABŞ peyk atılan zamandan bundan xəbərdar olub və onu izləyib.
Xatırladaq ki, ötən gün "Sepah" kosmosa "Nur" adlı hərbi peyk göndərdiyi barədə məlumat yaymışdı. İranın BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə ziddiyyət təşkil edən bu addımı dünyanın bir neçə ölkəsi tərəfindən kəskin pislənib.

Bu xəbər oxucular tərəfindən 350 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |