Şrift:
Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 1778 nəfərə çatıb
24.04.2020 [11:35] - Xəbərlər, Türk dünyası-Turan
Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 86 nəfər artaraq 1778-ə çatıb.

Özbəkistan Nazirlər Kabineti yanında Operativ Qərargah xəbər verir ki, indiyədək 561 nəfər sağalıb, 1190 xəstə müxtəlif xəstəxanalarda müalicə edilir, 7 xəstə ölüb.

Özbəkistanın Səhiyyə naziri Əlişir Şadmanov Daşkənddə keçirdiyi brifinqdə bildirib ki, ölkədə koronavirusdan bir xəstənin sağalması 32 milyon suma (təxminən 3 min dollar) başa gəlir. Əgər xəstə reanimasiyaya düşüb və vəziyyəti çox ağırdırsa, ona çəkilən xərc 64 milyon suma qədər yüksəlir (təxminən 6 min dollar). Nazir deyib ki, 14 günlük karantində isə dövlət hər nəfərə 2,4 milyon sum (234 dollar) xərc çəkir.

Nazir vurğulayıb ki, hazırda Özbəkistanda stasionar və ev şəraitində karantində təxminən 90 min adam var.
Bu xəbər oxucular tərəfindən 515 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed