Şrift:
“Qarabağ” Fondunun rəhbəri: “Azərbaycanın ABŞ-da öz lobbiçiləri olmalıdır”
10.10.2012 [11:22] - Sosial
Dağlıq Qarabağ haqqında həqiqəti amerikalılara çatdırmaq üçün Azərbaycanın ABŞ-da öz lobbiçiləri olmalıdır.

Davam.Az xəbər verir ki, bu barədə mədəniyyət sahəsində amerikalı ekspert, “Qarabağ” Fondunun (ABŞ) rəhbəri Diana Koen Altman çərşənbə axşamı “Xəzər” universitetində tələbələrlə görüşdə bəyan edib.

“Amerikalılar Azərbaycanı yalnız qonşu ölkələrin – Türkiyə, Rusiya və İranın kontekstində qəbul etsələr də, respublikanın özünə də müəyyən maraq var” – deyə, D.Altman bildirib. Onun sözlərinə görə, Smitson institutu bir neçə festival keçirib. Onlardan ən böyüyü cari ilin iyununda baş tutub və bir milyona yaxın insan tərəfindən ziyarət olunub.

“Festival çərçivəsində “Qarabağ” Fondu Azərbaycan tematikasında milli mətbəxtin, muğam sənətinin nümunələrinin və s. təqdim olunduğu sərgi təşkil etmişdi” – deyə, Fondun rəhbəri bildirib.

Onun sözlərinə görə, bu sərginin keçirilməsi Amerika ictimaiyyətinin Azərbaycan ilə daha yaxın tanış olması üçün yaxşı imkan oldu. D.Altman qeyd edib ki, başçılıq etdiyi fond iki il ərzində ABŞ və Azərbaycanın yaxınlaşması işində böyük uğurlara nail olub.

“Fondun məqsədi münaqişəni həll etmək deyil, Amerika cəmiyyətini Dağlıq Qarabağ problemi ilə həll tanış etməkdir. Amerikalılar üçun insanların Xocalı faciəsini necə törədə biləcəklərini anlamaq ümumiyyətlə çətindir. Azərbaycan həqiqəti dünyaya göstərmək üçün Qarabağ və Xocalı haqqında daha çox material toplamalıdır” – deyə, D.Altman bildirib. Onun sözlərinə görə, ABŞ-dakı ermənilər müəyyən üstünlüklərə, məsələn, maliyyələr, lobbiçilər, muzeylər və s. malikdirlər.
“Bu kontekstdən Azərbaycanın da ABŞ-da öz lobbiçilərinin olması çox mühümdür” – deyə, ekspert vurğulayıb. O həmçinin Dağlıq Qarabağın Azərbaycanın qədim torpaqları olduğunu sübut edən tarixi artefaktların axtarışının zəruriliyini də qeyd edib. “Bir müddət əvvəl qədim Azərbaycan sikkələrinin veb-sərgisini təşkil etdik ki, bu da ABŞ-da numzimatların böyük marağına səbəb oldu” – deyə, D.Altman bildirib.

Onun sözlərinə görə, Smitsonovsk Universitetində Azərbaycanın maddi-mənəvi mədəniyyətinin nümunələri olan parçalar, müsiqi alətləri, markalar və s. saxlanılır.

“Fond gələn ilin əvvəlində göstərilən ekspozisiyalardan ibarət böyük sərgi təşkil etmək niyyətindədir və o bütün Amerikanı dolana bilər”, - deyə kulturoloq əlavə edib.

Azərbaycan Diplomatik Akademiyasının Kommunikasiya Departamentinin rəhbəri Şəfəq Mehrəliyeva öz növbəsində bildirib ki, yaxın vaxtlarda əvvəllər Qarabağda yaşayan azərbaycanlılar haqqında tarixi informasiyaların yerləşdiriləcəyi ingilisdilli saytın yaradılması planlaşdırılır.

“Bizim vəzifəmiz yüksək inkişaf səviyyəsinə çatan Azərbaycanın Dağlıq Qarabağ problemindən nə üçün bu qədər ciddi narahat olduğunu dünyaya çatdırmaqdır. Qarabağ bizim keçmişimizin, bu günümüzün və gələcəyimizin bir hissəsidir”, - deyə o qeyd edib.

Qeyd edək ki, “Qarabağ” Fondunun (ABŞ) həmtəsisçisi “Xəzər” Universitetinin rektoru Həmlet İsaxanlıdır.
Bu xəbər oxucular tərəfindən 1233 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed