Şrift:
İranla işğal altında olan Qarabağ arasında əlaqə vasitəsi sayılan 5 körpünün görüntüləri
24.04.2020 [11:52] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə məhsul göndərmək üçün yerüstü əlaqə vasitəsi kimi istifadə etdiyi 5 körpünün görüntüləri yayılıb.



Bu körpülərin havadan çəkilmiş həmin fotolarında nəqliyyat vasitələri də görünür. İranın Qarabağa içərisində ərzaq və yanacaq olan yük maşınlarını Araz çayının üzərində inşa etdiyi bu körpülər vasitəsilə göndərdiyi ehtimal edilir.



Bu fotolar təkcə Cəbrayıl rayonu ilə İranın həmsərhəd bölgələri arasında tikilmiş körpüləri əks etdirir.



Xatırladaq ki, son günlər ərzində sosial şəbəkələrdə İranın Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinə yüzlərlə yük maşınında yanacaq və qida göndərməsinə dair videolar yayılıb.



Rəsmi Bakı buna etiraz etsə də, İranın Xarici İşlər Nazirliyi bütün görüntülərə baxmayaraq, faktı inkar etmiş, həmişə təkrarladığı "İran Qarabağda vəziyyətin gərdinləşməsinə qarşıdır" cümləsini yenidən ortaya atmışdı. İran heç vaxt Qarabağla bağlı işğal kəliməsini işlətmir və bu xüsusda "münaqişə" deməklə kifayətlənir.



Həmin videolardan birində Xankəndində qeyri-qanuni olaraq məskunlaşan ermənilərdən biri Qarabağa yanacaq gətirmiş İranın yük maşınlarına etiraz edir. O bildirir ki, İranda koronavirusun tüğyan etməsinə rəğmən, yenə də ordan Qarabağa yük maşınları yanacaq və özləri ilə birlikdə də koronavirus gətirirlər.



Bundan öncə də İranın Ermənistan və Dağlıq Qarabağa yardımlar etdiyinə dair məlumatlar yayılıb. Lakin rəsmi Tehran hər dəfə bu sübutları inkar etməyə çalışıb.
Bu xəbər oxucular tərəfindən 331 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed