24.04.2020 [11:55] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanda daha bir gənc soydaşımız İran rejiminin terror fəaliyyətinə göz yumduğu “Pejak” kürd terror qruplaşması tərəfindən qətlə yetirilib.
Yerli mətbuata istinadən sosial şəbəkələrdə yayılan məlumata görə, terror hadisəsi aprelin 23-də Urmiyanın Sero məntəqəsində baş verib.
Terrorçular tərəfindən öldürülən Əmir Süleymaninin əsgər olduğu bildirilir. O Qərbi Azərbaycanın mərkəzi şəhəri olan Urmiya sakini olub.
Deyilənlərə görə, Əmir Süleymani cümə axşamı günü terrorçularla yaranan silahlı qarşıdurmada şəhid olub.
Hələlik İran rəsmiləri bu barədə heç bir açıqlama verməyib. Rəsmi xəbər agentlikləri də hər zaman olduğu kimi, xəbəri boykot edib.
Güney Azərbaycanın qərb bölgəsində kürdləşdirmə prosesi gedir. Rejimin dəstək verdiyi planın gərçəkləşdirməsi üçün müxtəlif gizli və açıq işlər görülür. Bölgədə “Pejak”, “Komelə” və “Kürdistan Demokrat Partiyası”nın vaxtaşırı terror aktları törətməsi Qərbi Azərbaycan Əyalətinin kürdləşdirilməsi prosesinə xidmət edir. Bu istiqamətdə rejim əlavə addımlar da atır. Bölgədə radikal kürdlərin rəsmi orqanlarda həssas postlara təyin edilməsi, sərhədyanı bölgələrdə yaşayan kürdlərin qaçaqmalçılıqla məşğul olmasına şərait yaradılması və s. Qərbi Azərbaycanda kürd faktorunu gücləndirmək və azərbaycanlıların mövqeyini zəiflətməyə yönəlib.
İran mətbuatı kürd terror qruplaşmalarının Qərbi Azərbaycan Əyalətində törətdiyi cinayətləri adətən işıqlandırmır. Bəzi hallarda isə yaydıqları xəbərlərdə terror aktının kürd terror qruplaşmaları tərəfindən törədildiyi gizlədilir.

Bu xəbər oxucular tərəfindən 321 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |