Şrift:
Amerikanın Milli Təhlükəsizlik Şurası: "Heç kim İran hökumətinə görə təəssüf hissi keçirməməlidir"
24.04.2020 [14:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Amerika Birləşmiş Ştatlarının Milli Təhlükəsizlik Şurası "Twitter" hesabında yazdığı statusda "Sepah" terror təşkilatının kosmosa buraxdığı hərbi peykə münasibət bildirib.



Qurum qeyd edib ki, koronavirusun yayıldığı, İran xalqının əzab- əziyyət içərisində olduğu bir vaxtda İran hökuməti maliyyə vəsaitlərini xalqını çətin vəziyyətdən çıxarmaq əvəzinə, bu kimi məsələlərə hədər etməkdən fəxarət hissi duyur.



"Heç kim İran hökuməti üçün təəssüf hissi keçirməməlidir. İrana qitələrarası ballistik raket potensiyalını inkişaf etdirməyə davam etməyə icazə verilməməlidir. Bu səbəbdən bu hökumətə qarşı təzyiq göstərilir", - deyə statusda vurğulanır.



Xatırladaq ki, aprelin 22-də "Sepah" yaydığl bəyanatda "Nur" adlı hərbi peykini "uğurla" kosmosa buraxdığını bəyan etmişdi. Bu məsələ amerikalı rəsmilərinin böyük tənqidləri ilə üzləşib.
Bu xəbər oxucular tərəfindən 377 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed