24.04.2020 [14:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Almaniya və Fransa Xarici İşlər Nazirlikləri yaydıqları bəyanatlarda "Sepah" terror təşkilatı tərəfindən kosmosa hərbi peyk buraxılmasını kəskin qınayıblar.
Fransa XİN-in bəyanatında bu addımın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə ziddiyyət təşkil etdiyi vurğulanır.
Rəsmi Paris İranın ballistik raket proqramının region və dünyanın təhlükəsizliyi baxımında ciddi narahatlıq doğurduğu, habelə bölgədə qeyri-stabillik və gərginlik yaratdığını vurğulayaraq, Tehranı nüvə başlıq daşıya bilən raket istehsalı sahəsində göstərdiyi bütün fəaliyyətləri dayandırmağa çağırıb.
Almaniya XİN də İranın son addımında dərin narahatlıq hissi ifadə edərək, mövqelərinin bu sahədə dəyişmədiyini qeyd edib.
"İranın raket proqramı regionda qeyri-stabil vəziyyətin yaranmasına gətirib çıxarır. Avropanın təhlükəsizlik mənafeyi baxımından bu proqram qəbul edilməzdir", - deyə bəyanatda vurğulanır.
Digər tərəfdən, Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus "Fox.news" telekanalına verdiyi müsahibədə bir daha "Sepah"ın addımını kəskin tənqid edib.
"İran koronavirusun yayılmasından sonra lütfən bizə etimad edin deyərək, infeksiya ilə mübarizə üçün sanksiyaların qaldırılmasını istəyir. Lakin elə həmin anda da kosmosa hərbi peyk göndərir. İslam Respublikasını vaxtını və pulunu xalqını koronavirusdan xilas etməyə sərf etmək əvəzinə, Amerika gəmilərinə narahatlıq törətmək və BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə ziddiyyət təşkil edən raket atmağa sərf edir", - deyə xanım Ortaqus əlavə edib.

Bu xəbər oxucular tərəfindən 431 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |