Şrift:
"Sepah"dan iddia: "Amerika Əli Xamneyinin beytini vurmaq istəyirdi"
24.04.2020 [15:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Sepah”ın Hava-Kosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə Amerikanın "dini liderin beyti"nə hücum etmək istədiyini iddia edib.



Onun sözlərinə görə, Trampın bir neçə ay öncə İran 52 nöqtəni vurmaqla bağlı dediyi fikirlərin içərisindəki mühüm mədəni mərkəz Əli Xamneyinin "beyti" imiş.



Lakin Əmir Əli Hacızadə bu barədə detalları açıqlamayıb və ya hansı dəlillər vasitəsilə bu qənaətə gəldiyi barədə heç nə deməyib.



Xatırladaq ki, yanvarın 5-də Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Qasım Süleymaninin ölümünə görə iranlı rəsmilərinin ölkəsini təhdid etməsinə verdiyi reaksiyada bildirmişdi ki, əgər ABŞ mənafeyi və ya vətəndaşlarına qarşı hər hansı hücum baş tutarsa, ölkəsi İran daxilində mühüm mədəni mərkəzlər də olmaqla, 52 hədəfi məhv edəcək.



Tramp mühüm mədəni mərkəzlər adlandırdığı bölgələrlə bağlı açıqlama verməsə də, onların İranın tarixi və mədəni abidələri olmadığını qeyd etmişdi.
Bu xəbər oxucular tərəfindən 392 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed