25.04.2020 [11:59] - Gündəm, İdman
Dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə keçirilən şahmat üzrə onlayn superturnirdə aprelin 25-də dördüncü turun növbəti partiyaları keçiriləcək.
Bugünkü qarşılaşmalarda ABŞ təmsilçisi Hikaru Nakamura rusiyalı şahmatçı Yan Nepomnyaşi, çinli Liren Dinq isə niderlandlı Aniş Giri ilə mübarizə aparacaq.
Qeyd edək ki, ötən turların nəticələrinə görə, M.Karlsen 11 xalla liderliyini davam etdirir. Amerikalı Fabiano Karuana 8, H.Nakamura 7, L. Dinq 6, fransalı Maksim Vaşe-Laqrav və Y.Nepomnyaşi 5 xala malikdir. FIDE təmsilçisi Əlirza Firuzca və A.Giri hələ ki, xalsızdırlar.

Bu xəbər oxucular tərəfindən 827 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |