Şrift:
İran pulsuz olaraq Venesuelaya benzin istehsalı üçün zəruri olan kimyəvi məhsullar göndərib
25.04.2020 [12:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Amerikanın təzyiqlərindən sonra Venesuelanın prezindenti Nikolas Maduro müraciəti ilə İran bu ölkəyə yanacaq istehsalında istifadə etmək üçün pulsuz neft məhsulları göndərib.



"Associated Press" agentliyinin adlarını açıqlamadığı mənbələrə istinadən yaydığı xəbərə görə, ABŞ təzyiqlərindən sonra Maduro İrana üz tutub.



Məlumatda deyilir ki, aprelin 22-də benzin istehsalında ehtiyac duyulan kimyəvi məhsulları daşıyan "Mahan Air" şirkətinə məxsus 2-ci təyyarə Venesuelada eniş edib.



Mənbələrin agentliyə dediklərinə əsasən, gələn günlərdə İrandan kimyəvi məhsullar, eləcə də mütəxəssislər gəticərək 14 təyyarə də Venesuelaya gələcək.



Qeyd etmək lazımdır ki, son günlər Venesuelada avtomobillərin yanacaq doldurma məntəqələri qarşısında növbəyə dayandığı, ölkədə benzin qıtlığı yarandığını əks etdirən görüntülər yayılıb.



Amerika Birləşmiş Ştatları İran rejiminə qarşı olduğu kimi, yarıtmaz Maduro hökumətinə qarşı da bir çox sanksiyalar qəbul edib.
Bu xəbər oxucular tərəfindən 334 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed