Şrift:
Şəmistan Əlizamanlı Ramil Səfərovun toyundan danışdı
10.10.2012 [13:47] - Sosial
Dünən Milli Ordunun zabiti Ramil Səfərovun toy mərasimi keçirilib. Zabitimiz Şəbnəm Gülməmmədova adlı xanımla ailə qurub. Məlum səbəblərə görə qapalı keçirilən toyda məhdud sayda və xüsusi qaydada seçilmiş dəvətlilər iştirak edib.

Açıqlama verən dəvətlilərdən biri, hərbi-vətənpərvərlik mahnılarının mahir ifaçısı - Şəmistan Əlizamanlı toyla bağlı təəssüratlarını bildirib:

“Dünən mən də toyda iştirak etdim. Çox yüksək səviyyədə təşkil olunmuşdu. Mən “Cənab leytenat” və “Can Azərbaycan” mahnılarını ifa etdim. Hər şey çox mehriban şəraitdə keçdi. Bəylə gəlini təbrik etdik. Xoşbəxt olsunlar!”

Qeyd edək ki, Bakıdakı “Meridian” şadlıq sarayında təşkil olunan toy mərasimində yüksək təhlükəsizlik tədbirləri həyata keçirilib.

Sevinc İltifatqızı
Bu xəbər oxucular tərəfindən 2822 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed