Şrift:
İranda daha 76 nəfər koronavirusdan ölüb, 1134 yeni “Covid-19” xəstəliyinə yoluxma halı qeydə alınıb
25.04.2020 [14:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda son 24 saat ərzində daha 76 nəfər koronavirusdan ölüb, 1134 yeni “Covid-19” xəstəliyinə yoluxma halı qeydə alınıb.



Bu haqda İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur aprelin 25-də mediaya açıqlamasında pandemiya qurbanlarının yeni statistikanı açıqlayaraq məlumat yayıb.



Cahanpur deyib ki, daha 76 ölüm faktının qeydə alınması ilə İranda koronavirus infeksiyasından həyatını itirənlərin ümumi sayı 5650 nəfərə, “Covid-19” infeksiyasına yoluxanların ümumi sayı isə 89328 nəfərə yüksəlib: “Xoşbəxtlikdən xəstəlikdən sağalıb evə buraxılanların sayı da artaraq 68 min 193 nəfərə çatıb. Təəssüflər olsun ki, hazırda xəstəliyə yoluxanlardan 3096 nəfərinin durumu ağırdır” -deyə, Kiyanuş Cahanpur əlavə edib.


Qeyd edək ki, Kiyanuş Cahanpur ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 5650 nəfərə, yoluxanların sayının isə 89328 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərindəki müstəqil mənbələr, pandemiyadan ölənlərin və xəstəliyə yoluxanların sayının ən azı 5 dəfə çox olduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 432 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed