Şrift:
Radikal kürd mediası baş verən hadisədən sevincini gizlədə bilməyib!
26.04.2020 [11:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ötən günlərdə güney azərbaycanlı əsgərin “Pejak” kürd terror qruplaşmaları tərəfindən öldürülməsi kürd terror cərəyanına yaxın fars və kürddilli mətbuat orqanlarının sevincinə səbəb olduğu kimi, soydaşlaşlarımızı da qəzəbləndirib.



Əmir Süleymaninin şəhid olması xəbəri İran mediası tərəfindən boykot və senzura edilsə də, soydaşlarımız virtual məkanda məlumat yayaraq xəbəri lazımi qədər işıqlandırıblar.



Güney Azərbaycanın “Traxtur” futbol komandasının oyunçuları Əkbər İmani, Mehdi Tikdəri, Rəşid Məzahiri və Peyman Keşavərz İnstaqram səhifələrində baş verən hadisəyə münasibət bildirərək terror aktını qınayıb, “PKK və “Pejak” terrorçularına ölüm olsun” şüarı ilə çıxış ediblər.



Tanınmış azərbaycanlı baş məşqçi Rəsul Xətibi və futbolçu “Sərdar türkmən” də “Şəhidlər ölməz – Vətən bölünməz” şüarı yazaraq urmiyalı soydaşımızın şəhid olması ilə bağlı başsağlığı veriblər.







“Traxtur” klubunun sahibi Məhəmmədrza Zenuzi cümə günü keçirilən mətbuat konfansında mərhum Əmir Süleymaninin “Traxtur” tərəfdarı olduğunu bildirib.



“Traxtur” klubunun İnstaqram səhifəsində də Əmir Süleymani ilə bağlı bir mətn paylaşılıb. “Mühəndis Zenuzinin göstərişi ilə ən qısa zamanda Əmir Süleymaninin banneri digər şəhidlər və vəfat etmiş komanda tərəfdarlarının şəkil arasında yer alacaq. Hətta 19-cu super liqa yarışları tamaşaçısız keçiriləcəyi təqdirdə bu əzizlərin banneri stadionda nümayiş etdiriləcək.”- deyə qeyd olunub.







Bu arada bir çox kürddilli mətbuat orqanı və Teleqram kanalı baş verən hadisə ilə bağlı sevinclərini gizlədə bilməyib. Onlar azərbaycanlı sadə əsgəri rejimin əlaltısı adlandırıb, kürd qruplaşması “Pejak”ın terrorçularını “naməlum silahlı şəxslər” kimi təqdim edib.



İranın rəsmi mətbuat orqanları, eləcədə xaricdə fəaliyyət göstərən farsdilli kütləvi informasiya vasitələri də kürd terror cərəyanları ilə eyni mövqe sərgiləyib, xəbəri boykot ediblər. Dövlətin rəsmi xəbər agentlikləri “Fars”, “Təsnim” və “İrna” kimi mətbuat orqanları Əmir Süleymaninin şəhid olması ilə bağlı xəbəri senzura edib.



Mövzu ilə bağlı ətraflı məlumat almaq üçün aşağıdakı xəbəri oxuya bilərsiniz:

Güney azərbaycanlı əsgəri qətlə yetirənlərin “Pejak” terrorçuları olduğu hələ də gizlədilir
Bu xəbər oxucular tərəfindən 354 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed