26.04.2020 [11:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İsfahan şəhərinin tibbi personalından olan təcili tibbi yardım həkimi Səid Həqiqi koronavirusdan ölüb.
İran hökumət saytlarının yaydığı xəbərə əsasən, gözlərindən koronavirusa yoluxan həkim-mütəxəssis bir həftə kəskin baş ağrılarından əziyyət çəkdiyinə görə, o, ağciyərlərinin komyüter tomoqrafiyası müayinəsindən keçmiş və müayinənin nəticəsi ilk baxışda normal göründüyü üçün həkimlər onun baş ağrılarını sadəcə olaraq, yorğunluğu ilə əlaqələndirmişdilər.
Bildirilir ki, həkim Səid Həqiqi İsfahanın “Əl-Zəhra” xəstəxanasında bir həftə əvvəl səhhətinin kəskin pisləşməsinin ardınca komaya düşüb və aprelin 24-də həmin xəstəxananın reanimasiya şöbəsində keçinib.
Həkim Səid Həqiqinin “Covid-19” infeksiyasına necə yoluxması barədə hər hansı bir məlumat yayılmayıb.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur aprelin 25-də jurnalistlərə açıqlamasında ölkədə koronavirusdan ölənlərin sayının 5650 nəfərə, yoluxanların sayının isə 89328 nəfərə çatdığını açıqlayıb. Lakin İrandakı müstəqil mənbələr pandemiya qurbanlarının sayının qat-qat çox olduğunu bildirirlər.

Bu xəbər oxucular tərəfindən 353 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |