Şrift:
Əli bəy Hüseynzadənin qızı 101 yaşında vəfat edib
26.04.2020 [11:24] - Xəbərlər, Mədəniyyət
Azərbaycanın böyük mütəfəkkiri​ Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsar vəfat edib.



O, 101 yaşında İstanbulda dünyasını dəyişib.



Qeyd edək ki, F.Alpsar Azərbaycan Prezidentinin sərəncamı ilə “Dostluq” ordeni və “Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif olunub.

2017-ci ildə Feyzavər xanım tərəfindən Əli bəy Hüseynzadəyə aid 37 təsviri sənət əsəri, 48 fotoşəkil, 53 şəxsi əşya, 22 orden, medal və nişanlar, eləcə də ipək üzərində çap olunmuş "Həyat” qəzeti Azərbaycan hökumətinə hədiyyə olunub. Bu əsərlərin 61 ədədi Azərbaycana gətiriləndən sonra bərpa edilib. Əsərlər hazırda Azərbaycan İstiqlal Muzeyində sərgilənir.
Bu xəbər oxucular tərəfindən 433 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed