Şrift:
Ukraynada son sutkada 492 nəfər koronavirusa yoluxub
26.04.2020 [11:49] - Gündəm, Sağlıq
Ukraynada son sutkada 492 nəfər koronavirusa yoluxub.

Ölkənin Səhiyyə Nazirliyi xəbər verir ki, bununla da Ukraynada koronavirusa tutulanların sayı 8617 nəfərə çatıb. Ölkədə son sutka ərzində 8 nəfər ölüb. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 209 nəfərə çatıb. Koronavirusdan ölənlərin 85 faizində ürək-damar xəstəlikləri, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. 840 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.

Ukraynada COVID-19-a yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır.

Qeyd edək ki, ölkədə mayın 11-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.
Bu xəbər oxucular tərəfindən 515 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed