26.04.2020 [15:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanda koronavirus pandemiyasının geniş yayıldığı və işsiziliyin artdığı dövrdə yerli olmayan əhalinin işə götürülməsi etirazlara səbəb olub.
Güney Azərbaycanın Kəleybər şəhərinin Yüzbənd kəndinin əhalisi bu kəndin ərazisində fəaliyyət göstərən və işə götürmə ilə bağlı ilkin razılaşmanı pozan nefelin syenit zavodunun qarşısında etiraz aksiyası keçirib.
Əksəriyyəti işsiz qalan gənclərdən ibarət etirazçılar bildiriblər ki, kənd əhalisi yerlilərin işlə təmin olunması şərti qarşısında torpaqlarını müəssisəyə veriblər. Lakin bu şərti pozan məsullar zavodu tikdikdən sonra yerli olmayan əhalini işə cəlb ediblər.
Qeyd edək ki, İran rejimi təbii sərvətlər baxımından zəngin olan Azərbaycanın müxtəlif ərazilərində tikdiyi zavodlara daha çox başqa bölgələrdən, o cümlədən Tehran və İsfahandan işçilər gətirir. Qızıl və mis kimi yeraltı sərvətlərin istehsalı üçün qeyri-standart və köhnə üsuldan istifadə edən bu müəssisələrin ətraf mühitə vurduğu ziyana görə dəfələrlə etirazlar olsa da, İran rəsmiləri faktları gizlədərək həmin mədənlərin fəaliyyətinin davam etməsinə şərait yaradırlar.

Bu xəbər oxucular tərəfindən 413 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |