Şrift:
İranda “Məskən Bankı”nın icraçı direktoru koronavirusdan ölüb
27.04.2020 [09:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda dövlət banklarından biri sayılan “Məskən Bankı”nın icraçı direktoru Əbülqasim Rəhimi Ənarəki koronavirusdan ölüb.



İranın hökumət saytlarının yaydığı xəbərə əsasən, bir ay əvvəl “Covid-19” infeksiyasına yoluxan və həmin müddət ərzində həkimlərin nəzarəti altında saxlanılan Əbülqasim Rəhimi Ənarəki, aprelin 26-sı (bu gün) sübh saatlarında müalicə aldığı Tehran xəstəxanalarından birində keçinib.



37 il bank sektorunda çalışdığı və 4 il əvvəl “Məskən Bankı”nın icraçı direktoru vəzifəsinə təyin edildiyi bildirilən Əbülqasim Rəhimi Ənarəkinin koronavirusa necə yoluxması barədə hər hansı bir məlumat yayılmayıb.



Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur aprelin 26-da mediaya açıqlamasında ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 5710 nəfərə, yoluxanların sayının isə 90481 nəfərə çatdığını bildirib.


İranın tibb mərkəzlərindəki müstəqil mənbələr isə hökumətin rəsmi statistikasını rədd edərək, ölkədə indiyə qədər koronavirusdan ölənlərin sayının 35300 nəfəri ötdüyünü, yüzlərlə min insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 336 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed