Şrift:
Şərqi Azərbaycanda koronavirusdan ölənlərin sayı 350 nəfərə çatıb
27.04.2020 [09:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın səhiyyə rəsmisinin açıqlamasına görə, Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətində koronavirus infeksiyasından ölənlərin sayı 348 nəfər olub.





Şərqi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi son dörd gündə 30 nəfərin koronavirus infeksiyasından öldüyünü açıqlayıb. Onun sözlərinə görə, Şərqi Azərbaycanda xəstəliyə yoluxanların sayı isə 4411 nəfərə çatıb.





Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş da son 24 saatda daha doqquz nəfərin koronavirusa yoluxduğunu, infeksiyadan əziyyət çəkənlərin ümumi sayının 944 nəfərə çatdığını bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 96 olub.





Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə isə əyalətdə koronavirus infeksiyasından ölənlərin sayının 159 nəfərə çatdığını bildirib. Ağazadənin verdiyi məlumata əsasən, ötən 24 saat ərzində daha 62 nəfərdə infeksiya aşkarlanıb. Beləliklə Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayı 2349 nəfərə çatıb. O, həmçinin əyalətdə xəstəliyə yoluxanlardan 1307 nəfərinin sağaldığını qeyd edib.





Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sərəncamına əsasən yalnız analizdən keçən və cavabı pozitiv olan xəstələrin sayı koronavirusa yoluxanların rəsmi statistikasına daxil edilir. Xəstəliyə yoluxanların hamısından analiz götürülmədiyinə görə isə rəsmi rəqəmlər koronavirusa yoluxanların həqiqi statistikasının sadəcə bir hissəsini əhatə edir.





Güney Azərbaycanın digər əyalətlərinin, o cümlədən, Həmədan, Ərdəbil və Qəzvinin səhiyyə xidməti məsulları pandemiya ilə bağlı yeni rəqəmlər açıqlamağı dayandırıb.
Bu xəbər oxucular tərəfindən 326 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed