Şrift:
Qızıl şəhəri Tikantəpənin yoxsul şagirdləri dağlarda İnternet siqnalı axtarışında
27.04.2020 [09:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Tikantəpə (Təkab) şəhərinin Babanəzər kəndinin şagirdləri Təhsil Nazirliyinin onlayn dərslərində iştirak etmək məqsədilə İnternet siqnalı almaq üçün soyuq və yağışlı hava şəraitinda dağlara qalxmaq məcburiyyətindədirlər.





Tikantəpənin Təxti-Süleyman məntəqəsinin İdman və Gənclər İdarəsinin rəisi Məhəmməd Rza Kakai həmin şagirdlərin şəklini paylaşaraq belə yazıb: “Babanəzər kəndindəki şagirdlər hələ də ətrafdakı dağlarda imtahanlar üçün İnternet siqnalı gözləyir. Bunların həyatı üçün kim cavabdehdir?"





Tikantəpə Yaxın Şərqdə Zərəşoran və Ağdərə kimi iki ən böyük qızıl mədəni, həmçinin 80 daş mədəninə sahibdir. Lakin İran rejiminin ayrı-seçkilik siyasətləri nəticəsində bura ölkə üzrə ən ağır iqtisadi durumda olan bölgələrdən biridir. Tikantəpəni əyalət mərkəzi ilə birləşdirən münasib yol belə mövcud deyil.





Zərəşoran mədəninin səhmdarları və sahibləri ölkənin mərkəzində yerləşən, farsların üstünlük təşkil etdiyi əyalətlərdəndir. Onlar mədəndən hasil edilən xam məhsulu ölkənin mərkəzinə göndərirlər, beləliklə, ondan əldə edilən gəlirlərdən İsfahan, Kirman, Yəzd və Tehran kimi əyalətlər faydalanır.
Bu xəbər oxucular tərəfindən 334 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed