Şrift:
Son iki sutka ərzində Özbəkistanda koronavirusundan 789 nəfər sağalıb
27.04.2020 [10:40] - Xəbərlər, Türk dünyası-Turan
Bu günədək Özbəkistanda COVID-19 koronavirusundan 789 nəfər sağalıb.

Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, son iki sutka ərzində COVID-19 koronavirusuna yoluxanların sayı 51 nəfər artaraq 1889 nəfərə çatıb. Bildirilib ki, bu virusa yoluxanların sayı getdikcə aşağı düşür. Cəmi 10 gün əvvəl bir sutkada 80-100 xəstə qeydə alınırdısa, son iki gündə cəmi 51 nəfər xəstələnib. Sağalanların sayı isə sürətlə artır, indiyədək 789 nəfər sağalıb, 1092 xəstə müalicə alır, 8 xəstə ölüb.

Məlumatda bildirilir ki, artıq Özbəkistanın iki vilayətində karantin rejimi ləğv edilib, ölkə üzrə tikinti materialları bazarı, notarial kontorlar, kimyəvi təmizləmə və maşın təmiri obyektləri açılıb.
Bu xəbər oxucular tərəfindən 587 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed