Şrift:
Ərdəbildə dəm qazı bir ailədən 3 nəfərin canını aldı
27.04.2020 [15:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Ərdəbil şəhərində dəm qazından zəhərlənmə nəticəsində üç nəfər canını itirib.





Ərdəbil əyalətinin təcili tibbi yardım mərkəzinin mətbuat katibi Əli İmani hadisənin ötən gün Ərdəbilin “Xatəmun-nəbiyin” məhəlləsində baş verdiyini bildirib.





İmaninin dediyinə görə hadisədə ölən şəxslər eyni ailədən 32 yaşlı kişi, 31 yaşlı qadın və 8 yaşlı uşaq olub.





O İranın “Fars” xəbər agentliyinə verdiyi açıqlamada bildirib ki, ilkin araşdırmalara görə, hadisənin səbəbi evdə istifadə olunan manqaldan dəm qazının sızmadır.
Bu xəbər oxucular tərəfindən 332 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed