10.10.2012 [16:32] - Hərb
Bu unikal və tarixi kadrlarda Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevlə yanaşı daha kimlər və nələr var?
Xəbər verildiyi ki, Qarabağ qazısı, jurnalist Rey Kərimoğlu ötən həftədən “Kəşfiyyatçının xatirələri” adlı layihədə cəbhə xatirələrini qələmə almağa başlayıb. Müəllifin dünən yaylan “Qrom-2”nin unudulmuş döyüşçüsü, yaxud ilk şəhidimiz necə dəfn etdik” başlıqlı 2-ci yazısında 1991-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin yaratdığı 836 saylı hərbi hissənin şəhid olmuş ilk milli ordu əsgərinin dəfn mərasimindən çəkilmiş unikal və tarixi video da yer alıb. Yazı və 23 dəqiqəlik video material yayılandan sonra videonun tarixçəsi ilə bağlı R.Kərimoğlu açıqlama yayıb. O, bildirdi ki, birinci yazı yayılandan sonra keçmiş döyüşçülərdən və onu tanıyan insanlardan dəstək yönlü xeyli zənglər gəlib: “Onlardan biri də 19 ildir Sankt-Peterburq şəhərində yaşadığından üzünü görmədiyim Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin yaratdığı 836 saylı hərbi hissənin Xıdırlı rotasının komandiri Elbrus Mustafayev idi. Elbrus dedi ki, Bakıdadır, mənimlə görüşmək istəyir və sürprizi var. Görüşdük Azərbaycan Milli ordusunun ilk şəhidi E.Hacıyevin 1991-ci il, dekabrın 13-də dəfn mərasimi çəkilmiş videolenti mənə təqdim etdi. Lent köhnədir, adi kamera ilə çəkilib, amma fakt və tarix baxımından çox dəyərli və unikal kadrlar var orada. Xeyli insanın qatıldığı dəfn mərasimində, şəhidin məzarı başında üç rəngli Azərbaycan bayrağı tutulub. Rayonun və kəndin ağsaqqalları, aktivləri, Xıdırlı rotasının komandiri Elbrus Mustafayev və Şirin Mirzəyev çıxış edirlər. O kadrlardakı əsgərlərin bir qismi sonrakı döyüşlərdə qəhrəmancasına şəhid oldu-təkcə Ağdamın Xıdırlı kəndindən Qarabağ savaşında 40 döyüşçümüz canını vətən uğurunda qurban verib. Bir qismi ağır yaralanıb gözlərini, əllərini, ayaqların və digər bədən üzvlərini itirənlər oldu. Eləsi də oldu ki, ömürlük yataq xəstəsinə çevrildi”.
O, bildirdi ki, sonradan ona verilən məlumat görə, E.Mustafayev və Ş.Mirzəyevdən sonra çıxış edənlər Xıdırlı kənd orta məktəbinin direktoru Əhməd Hümbətov (oğlu Eldar Hümbətov sonrakı döyüşlərdə şəhid olub), həmin məktəbin müəllimi Şiralı İsmayılovdur.
R.Kərimoğlu bildirib ki, xatirə yazılarının gələcək hissələrində adları çəkilən döyüşçü dostlarım da var o kadrlarda. Eyni zamanda, o, vurğulayıb ki, yeni bölümlərdən bəzilərində də video material olacaq.

Bu xəbər oxucular tərəfindən 1344 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |