28.04.2020 [11:54] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney azərbaycanlı yenilikçi gənc alim Urmu gölünün nisbətən canlanmasında İran prezidenti Həsən Ruhani və digər rəsmilərin rolunun oynamadığını bildirib.
Bundan əvvəl buludların mayalanması sistemini icad edən Rza Kəholi Urmu gölündə vəziyyətin müsbətə doğru dəyişməsini yağıntıların artması ilə əlaqələndirib.
O bu barədə Təbrizin yerli mətbuat orqanlarına verdiyi müsahibədə danışıb.
“Bir zamanlar harada su gördü üzərində bənd tikən bir hökumətimiz var idi. O dövrdə Urmu gölünə tərəf axan çayların üzərində 300-dən çox bənd tikildi.
Sonrakı hökumət bir gündə 160 min su quyusunun qazılması üçün sənəd verdi. İndiki hökumət isə hər şeyi Allahın ümidinə buraxıb. Hökumət sanki şənbə günlərini arzulayır ki, vəziyyətin yaxşılaşmasına şahid olsun!”- deyə o bildirib.
Yenilikçi alim vurğulayıb ki, Urmu gölünü şənbə günü deyil, Həsən Ruhani də deyil, yalnız Allah qurtardı. Son yağıntılar olmasaydı, göldə vəziyyət dəyişməzdi. Məsumə İbtikar, İsa Kəlantəri və hətta Həsən Ruhani gölün canlanması üçün heç nə etmədilər.
Rza Kəholi ilk olaraq 2005-ci ildə İsveçrədəki Dünya İxtiralar Festivalında iştirak etdi, burada dünyanın 38 ixtiraçısı arasında yer aldı. O Malayziya Xüsusi Texnologiya Mükafatına və İsveçrə Festivalının Gümüş medalına layiq görüldü.

Bu xəbər oxucular tərəfindən 343 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |