28.04.2020 [12:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində son 24 saatda 98 koronavirusa yoluxma faktı qeydə alınıb. Bu rəqəm ötən 16 gündə ən yüksək göstəricidir.
Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə əyalətdə koronavirus infeksiyasından ölənlərin sayının 162 nəfərə, xəstəliyə yoluxanların ümumi sayının isə 2505 nəfərə çatdığını bildirib.
Güney Azərbaycanın Zəncan əyalətində də rəsmi açıqlamalara görə, koronavirus infeksiyasına yoluxanların sayı 962 nəfərə çatıb. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş son 24 saatda daha 10 nəfərin xəstəliyə yoluxduğunu bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 102 olub. Qızılbaşın dediyinə görə, infeksiyaya yoluxanlardan 765 nəfər tam sağalaraq evə buraxılıb.
Şərqi Azərbaycan əyalətində isə aprel 25 tarixindən etibarən yenilənməyən məlumata görə, koronavirus infeksiyasından ölənlərin sayı 348 nəfərə, xəstəliyə yoluxanların sayı 4411 nəfərə çatıb.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sərəncamına əsasən yalnız analizdən keçən və cavabı pozitiv olan xəstələrin sayı koronavirusa yoluxanların rəsmi statistikasına daxil edilir. Xəstəliyə yoluxanların hamısından analiz götürülmədiyinə görə isə rəsmi rəqəmlər koronavirusa yoluxanların həqiqi statistikasının sadəcə bir hissəsini əhatə edir.
Güney Azərbaycanın digər əyalətlərinin, o cümlədən, Həmədan, Ərdəbil və Qəzvinin səhiyyə xidməti məsulları pandemiya ilə bağlı yeni rəqəmlər açıqlamağı dayandırıb.

Bu xəbər oxucular tərəfindən 372 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |