Şrift:
"Ölkədə aşkarlanan 68 növ mədən maddəsindən 51 növü Qərbi Azərbaycanda mövcuddur"
28.04.2020 [17:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycan Əyaləti müxtəlif mədən ehtiyatları baxımından ölkə əyalətləri arasında üçüncü yeri tutur.



Bu barədə Qərbi Azərbaycan Ticarət, Mədən və Sənaye Təşkilatının rəisi Rza Babayi “Fars” xəbər agentliyinin müxbirinə danışıb.

“Qərbi Azərbaycan Əyaləti müxtəlif növ mədən maddələri ehtiyatları ilə zəngindir. Bu əyalətdə çeşitli mədən məhsulları istehsal olunur.

Ölkədə aşkarlanan 68 növ mədən maddəsindən 51 növü Qərbi Azərbaycanda var. Hal-hazırda əyalət üzrə 468 mədəndə istehsal işi gedir.”- deyə o bildirib.



Ticarət, Mədən və Sənaye Təşkilatının rəisi 5 min 122 nəfərin Qərbi Azərbaycandakı mədənlərdə birbaşa işlədiyini diqqətə çatdırıb.



“Qərbi Azərbaycan Əyaləti çeşitli mədən maddələri baxımından ölkə əyalətləri arasında üçüncü yerdədir. Əyalətin 3 mədənindən hər il orta hesabla 947 min ton qızıl filizi, 22 mədənindən isə 535 min ton dekorativ daşlar istehsal olunur.”- deyə Rza Babayi əlavə edib.



Qeyd edək ki, İran rejimi Güney Azərbaycandakı mədənləri müstəmləkəçi baxışı ilə qarət edir. İstehsalat işlərində elmi üsullardan istifadə edilmədiyi üçün bölgədə ətraf mühitə ağır ziyan dəyir. Mədənlərdən əldə olunan qazanc əsasən fars bölgələrindən olan şirkətlərə nəsib olur. Azərbaycan mədənlərində hətta yerli işçi qüvvədən belə istifadə olunmur. Ona görə də bu mədənlərin bölgənin iqtisadiyyatına təxminən heç bir müsbət təsiri yoxdur. Misal üçün Tikantəpədə yerləşən “Zərşoran” və “Ağdərə” mədənləri İran və Yaxın Şərqin ən böyük qızıl mədənləri kimi tanındığı halda, Tikantəpə Güney Azərbaycan və İranın ən yoxsul şəhərlərindən biridir.
Bu xəbər oxucular tərəfindən 380 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed