29.04.2020 [10:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Cənubi Xorasan əyalətinin Sərbişə şəhəri yaxınlığında bir sərnişin avtobusunun TIR-la (treyli) toqquşması nəticəsində 12 sərnişin həlak olub, 8-i ağır yaralanıb.
Yayılan məlumatlara əsasən, hadisə bu gün (aprelin 28-i) yerli vaxtla sübh saat 06:40 radələrində Sərbişə-Mahirud magistral yolunun 75 kilometrliyində baş verib.
Bildirilir ki, Lano kəndindən Sərbişə istiqamətinə doğru hərəkət edən sərnişin avtobusu qarşıdan gələn TIR-la toqquşub. Nəticədə 12 avtobus sərnişini yerindəcə həlak olub, 8-i ağır yaralanıb.
Hazırda xəstəxanalara yerləşdirilən yaralı sərnişinlərin əksəriyyətinin durumunun ağır olduğu bildirilir. Yol qəzasının səbəbləri araşdırılır.

Bu xəbər oxucular tərəfindən 309 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |