29.04.2020 [14:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində son 24 saatda 82 koronavirusa yoluxma faktı qeydə alınıb.
Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə əyalətdə koronavirus infeksiyasından ölənlərin sayının 162 nəfərə, xəstəliyə yoluxanların ümumi sayının isə 2587 nəfərə çatdığını bildirib.
Güney Azərbaycanın Zəncan əyalətində də rəsmi açıqlamalara görə, koronavirus infeksiyasına yoluxanların sayı 972 nəfərə çatıb. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş son 24 saatda daha 10 nəfərin xəstəliyə yoluxduğunu bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 102 olub. Qızılbaşın dediyinə görə, infeksiyaya yoluxanlardan 779 nəfər tam sağalaraq evə buraxılıb.
Şərqi Azərbaycan əyalətində isə aprel 25 tarixindən etibarən yenilənməyən məlumata görə, koronavirus infeksiyasından ölənlərin sayı 348 nəfərə, xəstəliyə yoluxanların sayı 4411 nəfərə çatıb.
Güney Azərbaycanın digər əyalətlərinin, o cümlədən, Həmədan, Ərdəbil və Qəzvinin səhiyyə xidməti məsulları pandemiya ilə bağlı yeni rəqəmlər açıqlamağı dayandırıb.

Bu xəbər oxucular tərəfindən 341 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |