29.04.2020 [17:02] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: ““Ermənilərin indiki məyusluğunun bir neçə mühüm səbəbi var”
Aprelin 24-də ermənilər üçün qondarma soyqırım günüdür. Əvvəlki illərdən fərqli olaraq, bu 24 aprel heç də təcavüzkar xalq üçün xoş keçmir. Belə ki, bundan öncə qondarma “erməni soyqırımı”nın dünya ölkələri tərəfindən tanınması üçün ən çirkin oyunlar quran, min cür hoqqalar çıxaran ermənilər indi “quzuya dönüblər”. Erməni diasporu və lobbisi də qınına çəkilib.
Ekspertlər bunu daha çox koronavirusla əlaqələndirirlər. Onlar hesab edirlər ki, Ermənistanın özü daxil, onun havadarlarının da başı öz daxillərindəki virusa qarışıb. Bu sırada Rusiya, Fransa, Amerika kimi bir sıra ölkələrin adları xüsusi çəkilir.
Digər tərəfdən, qondarma “soyqırım” və başqa məsələlərdə iki qardaş ölkənin, Azərbaycan və Türkiyənin birgə fəaliyyəti nəticəsində hər keçən il ermənilərin xülyalarının “dəfn olunduğu” vurğulanır. Bu il pandemiya səbəbindən bu fəaliyyətin bir qədər nəzərə çarpmadığı, lakin ayıq-sayıqlığın əldən verilmədiyi qeyd edilir.
“Soyqırım”la bağlı son mühüm gəlişmələrdən biri də Ukrayna ilə bağlıdır. Bu ölkənin xarici işlər nazirinin müavini Vasili Bondar dövlət orqanlarının nümayəndələrinə müraciət ünvanlayıb və orada aprelin 24-də ermənilərin qeyd edəcəyi “soyqırımı” ilə bağlı rəsmi Kiyevin mövqeyi sərgilənib. Nazir müavini dövlət məmurlarından “erməni soyqırımı” ifadəsindən çəkinməyi məsləhət görüb.
“1915-ci ildə Osmanlı İmperiyasında ermənilərlə baş verənlər BMT-nin 9 dekabr 1948-ci ildə qəbul etdiyi soyqırımı terminin şərtlərinə cavab vermir.
Bundan başqa, Rusiyanın xarici siyasətinin təsiri altında olan Ermənistan beynəlxalq təşkilatda Ukrayna üçün həyati əhəmiyyətli qətnamələrin əleyhinə səs verir”.
Vasili Bondar Ukraynanın strateji müttəfiqi olan Türkiyənin məsələyə həssas yanaşdığını da xatırladıb.
Nazir müavini dövlət məmurlarından “soyqırımı” tədbirlərinə mümkün olduqca qatılmamağı və həmin ifadədən istifadə etməməyi xahiş edib.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq deputat Fərəc Quliyev məsələni Musavat.com-a bu cür şərh etdi:
“Ermənilərin qondarma “soyqırım”la bağlı bu ilki məyusluğunun bir neçə mühüm səbəbi var. Birincisi, ermənilər baxırlar, şərait münbitdirsə, çirkin niyyətlərini həyata keçirməyə çalışırlar. Xalq olaraq parazitdirlər, qoltuqaltı dövlətdirlər. Həmişə çalışırlar ki, bu cür parazit həyat tərzi keçirsinlər. Siyasətləri də parazit siyasətdir. İndiki vəziyyətdə sizin də dediyiniz kimi bütün dövlətlərin başı özlərinə qarışıb. Çox hay-küy salmalarının effekt verib-verməyəcəyini bilmirlər. Digər tərəfdən, onsuzda qlobal şərtlər əvvəlcədən pandemiya qədər ki vaxta qədər dəyişib. Böyük dövlətlər daha çox öz divarları arasında siyasətlərini müəyyən etmək istəyirlər. Çalışırlar ki, daha çox milli maraqlarını önə çəksinlər. Belə vəziyyətdə Ermənistanın böyük dövlətlərin yanında öz problemlərini qabardıb, bəşəriyyət yaşam təhdidi qarşısında qaldığı, iqtisadi təhdiddə qaldığı bir dönəmdə gündəmdə qalacaqları mümkün deyil. Ermənistanın iqtisadi vəziyyəti pisdir. Pandemiyadan sonra vəziyyətləri daha da ağırlaşıb. Ermənistana kömək edən Rusiyadır. Rusiyanın özünün isə vəziyyəti daha da pisləşib. Belə bir vəziyyətdə Ermənistanın utopik ideyalarına dəstək verməsi gözlənilmir. Ermənistanın beynəlxalq arenada ifşa olunması prosesi hesab edirəm ki, artıq bitib. Birmənalı şəkildə bunu etiraf etməliyik ki, Azərbaycanın xarici siyasəti uğurlu olub. Xarici siyasətdə ölkə Prezidentinin rolunu xüsusi olaraq qeyd etmək istəyirəm. Bəlkə bəzi məqamlarda təkbaşına müharibə apardı. Artıq ermənilər tamamilə ifşa olunmuş vəziyyətdədirlər. Dünyanın aparıcı dövlətləri də, bu məsələdə marağı olanlar da, ədalət axtaranlar da, əsl həqiqətin harada olduğunu gördülər. Heç bir dövlət artıq indiki halda ona xeyir verməyən ölkələrə üstünlük verməyəcək. Ermənistan kimi fiaskoya uğramış dövlətə isə üstünlük verilməsi heç cür mümkün deyil. İndi o dönəm gəlib çatıb ki, məsələlər daha çox bazarlarda həll olunur. Dövlətlər mənfəətlərini bir-birində axtarırlar. Qarışıqlı olaraq partnyorunun güclü olmasında maraqlı olurlar. Sərmayə qoyduqları yerdə effekt axtarırlar, qarşı tərəfdən etibar gözləyirlər. Təbii ki, bir də hər kəs qazanc axtarır. Bu kriteriyalara Ermənistan uyğun deyil. Üstəlik, Ermənistan Azərbaycan və Türkiyə arasında blokada vəziyyətindədir. Belə bir məqamda məcbur olub dərman, ərzaq, yardım istəyirsə, eləcə də, Türkiyədə yaşayan erməni əsilli türkiyəlilərə dəstək istəyirsə, qondarma “soyqırımı” ortada hallandırması istəkləri ilə tamamən əks istiqamətdə dayanacaq. Bu da məsələnin başqa bir tərəfidir. Onu da sizə deyim ki, Ermənistan daha çox bir məsələdən də ehtiyat edir. Stəkanda suyun dolub daşma həddi var. Bir damcı qalır ki, artıq düşsün və hər kəs bundan üzünü çevirib getsin, Azərbaycan da hərbi məsələlərə başlasın. Ermənistanın güvəndiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı idi ki, bu təşkilatın üzvü olan Qazaxıstan, Belarus kimi dövlətlər birmənalı şəkildə Azərbaycanın mövqeyini müdafiə edirlər. Görəndəki səhəri gün Dağlıq Qarabağda əməliyyatlar başlayanda buna dəstək verməyəcəklər, sərhəd zonalarında pozucu fəaliyyətlərə başlamağa başladılar. Çalışdılar ki, bu sərhədlərdə Azərbaycanı toqquşmalara təhrik etsin, ölkəmiz onların ərazisinə daxil olsun, KTMT də bu məsələlərə qoşula bilsin. Buna da nail ola bilmədilər. Dalbadal fiaskolardan sonra Ermənsitanın bu cür davranması gözləniləndir”.
F.Quliyev ermənilərin çirkin niyyətlərindən əl çəkməyəcəklərini də söylədi: “Ermənistanın təcavüzü əvvəlcədən planlaşdıran siyasəti var. Onlar “Böyük Ermənistan” planından heç vaxt vaz keçməyəcəklər. Bu gün də o fikirdədilər. Sadəcə münbit şəraiti gözləyirlər. Amma hesab edirəm ki, artıq şərtlər dəyişib. Postpandemiya dövründə daha çox ayaqda duran dövlət sırasında Azərbaycan da olacaq. Ermənistan Türkiyəyə də ərazi iddiası irəli sürür. Hətta konstitusiyasında ərazilər göstərib. Yaxınlarda Türkiyənin Şərqi Anadolu hissəsində Qərbi Ermənistan adlı dövlət elan ediblər, hətta prezidentini də guya seçiblər. Belə bir məqamda Türkiyə və Azərbaycan Ermənistana qulaqburması verməlidir ki, ümumiyyətlə, ermənilərin bu çağırışları tarixdə qalsın. Məsələnin yolu budur”.
F.Quliyev hesab edir ki, qondarma “soyqırım” məsələsində Ermənistanın zəif görünməsi səbəblərindən biri də, Azərbaycan-Türkiyə diasporunun ciddi şəkildə fəaliyyət göstərməsidir: “Azərbaycan və Türkiyə diasporu inkişaf dinamikası Ermənistan diasporunun inkişaf dinamikasından xeyli qabaqdır. Baxmayaraq ki, bir neçə il əvvəl erməni diasporu çox güclü idi, lobbisi çox güclü fəaliyyət göstərirdi, təsir imkanları çox idi. Amma Azərbaycan və Türkiyə tərəfi bunun qarşısını ala bildilər. Azərbaycanın səyi nəticəsində bir çox dövlətlərdə, hətta Amerikanın bəzi ştatlarında Xocalı soyqırım kimi tanınıb. Burada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanımın da çox böyük rolu olub. “Xocalını tanıdaq” şüarı ilə Leyla xanım xeyli işlər gördü. Mehriban xanımın xristian dünyası ilə humanitar münasibətlərdə bu məsələləri qabartması mühüm nəticələr verdi. Prezidentin özünün birbaşa iştirakı ilə birbaşa oyunçu olaraq auditoriyda bu məsələləri ortaya qoyması öz müsbət nəticələrini verdi. Bilirsiniz ki, Avropa təsisatları ilə bir müddət öncə münasibətlər soyumuşdu. Hətta “Avronest”in fəaliyyəti dayanmışdı. Avropa İttifaqının nümayəndələri Azərbaycana gələndə prezident açıq şəkildə o məsələləri qoydu ki, siz qərəzli davranırsınız. Onlar bunu etiraf etdilər. İki qardaş ölkələrin diasporasının birgə fəaliyyət dediyiniz bu məsələdə ermənilərin və müttəfiqlərinin mövqelərini xeyli zəiflətdi. Bu amilin də mühüm amil olduğunu düşünürəm”.

Cavanşir ABBASLI
Musavat.com
Musavat.com
Bu xəbər oxucular tərəfindən 804 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |