Şrift:
Fransanın göndərdiyi 13 tondan çox laboratoriya ləvazimatı İrana gəlib
30.04.2020 [10:59] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Fransa hökumətinin koronavirusla mübarizə üçün İrana göndərdiyi 13 min kiloqramdan çox çəkisi olan laboratoriya ləvazimatları İrana daxil olub.



Bu barədə məlumat yayan Bazərqan Gömrük İdarəsinin rəisi Sadiq Namdar bildirib ki, laboratoriya diaqnostika avadanlıqlarını da əhatə edən tibbi məhsulların ümumi dəyəri 1 milyon 495 min avrodur.



O qeyd edib ki, yükün Bazərqan gömrük buraxılış məntəqəsindən daxil olması reallaşmadığından, İran və Türkiyənin gömrük rəsmilərinin razılığı əsasında yük maşınları Sarısudan ölkəyə daxil olublar. Rəsmi Bazərqan gömrüyündə meydana gəlmiş problemlə əlaqədar detalları açıqlamayıb.



Bundan bir neçə gün öncə İranın Almaniyadan aldığı 250 min avro dəyərində tibbi ləvazimatlar da ölkəyə gətirilmişdi.



Qeyd etmək lazımdır ki, iranlı rəsmilər ötən həftələr Amerika sanksiyalarının ölkəyə dərman preparatları və tibbi ləvazimatlar idxal etməyə məneə törətdiyini iddia edirdilər. Lakin rəsmi Vaşinqton bu iddialara verdiyi bütün reaksiyalarda sanksiyaların tibbi ləvazimatlar da daxil olmaqla, heç bir humanitar məhsulu əhatə etmədiyini bildirirdilər.
Bu xəbər oxucular tərəfindən 319 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed