Şrift:
ETTELAAT-dan daha bir qadağa: Azərbaycanlı fəal təhsilini davam etdirə bilməz
11.10.2012 [11:31] - Güney Azərbaycan xəbərləri
Magistraturada təhsil alan tanınmış azərbaycanlı fəal İrəc Müəzzinzadənin təhsilinin davamına ETTELAAT idarəsi (İran Kəşfiyyat Nazirliyi) tərəfindən qadağa qoyulub.

Müəzzinzadə, təhsil ocaqları başladıqdan sonra yeni semestrdə qeydə alınmaq üçün universitetə müraciət edib, Lakin gözlənilməz hadisə ilə rastlaşıb. Universitet məsulları onu universitetin təhlükəsizlik bölümünə (Hərasət) göndəriblər. Təhlükəsizlik bölümündə isə onun ETTELAAT idarəsi tərəfindən təhsilinin davamına qadağa qoyulduğu bildirilib.

Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal Meşkinşəhr (Xiyav) sakinidir. O, bu günə qədər dəfələrlə Meşkinşəhrin ETTELAAT idarəsinə çağırılıb və sorğu-suala tutulub.
Bu xəbər oxucular tərəfindən 1022 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed