Şrift:
İranda deputat seçilən namizədin universitet diplomunun saxta olduğu müəyyənləşib
30.04.2020 [11:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda fevralın 21-də keçirilmiş Parlament seçkilərində deputat seçilmiş Sina Kamalxaninin nəticələri ləğv edilib.



Bu barədə məlumat yayan Nəzarət Şurasının sözçüsü Abbasəli Kədxudayi bildirib ki, Sina Kamalxaninin oxuduğu universitetin lisenziyası olmadığı üçün onun diplomu saxta hesab edilir.



O, həmçinin qeyd edib ki, Təhsil Nazirliyinə ünvanlanmış sorğuya gəlmiş cavabda da həmin təhsil müəssisəsinin qeyri-qanuni olduğu vurğulanır. Buna görə də Sina Kamalixani deputat ola bilməz.



Kədxudayi sonda bildirib ki, Kamalxaninin nəticələri ləğv edildiyi təqdirdə, onun seçildiyi Təfriş məntəqəsi üzrə yenidən aralıq seçkiləri keçiriləcək.



Xatırladaq ki, son günlər ərzində sözügedən şəxsin universitet diplomunun saxta olduğuna dair məlumatlar yayılmışdı. Lakin o, bütün bu xəbərləri təkzib edərək, məsələ ilə əlaqədar Nəzarət Şurasına məktub ünvanladığını demişdi.
Bu xəbər oxucular tərəfindən 366 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed