Şrift:
Azərbaycanlı fəalın açıqlaması Gürcüstanı bir-birinə qatıb
11.10.2012 [11:48] - Borçalı
Davam.Az-ın verdiyi xəbərə görə, bunu mətbuata Gürcüstan Türkləri Konfederasiyasının (GTK) prezidenti Daşqın Gülməmmədov deyib:

“Atam Gülməmməd Gülməmmədovun 2007-ci ilin 27 noyabırında ürək partlamasından ölməsinə görə birbaşa məsuliyyəti o vaxtkı daxili işlər naziri Vano Merabişvili və Əks-Kəşfiyyat Departamentinin eks-direktoru Şalva Jqenti daşıyırlar. 2007-ci ildə mən, Gürcüstan prezidentliyinə namizəd Fazil Əliyevin Seçki Qərargahının spikeri olarkən saxta ittiham əsasında Gürcüstan Əks-Kəşfiyyat Departamenti tərəfindən həbs edildim. Azərbaycanlı namizədin prezident seçkisində iştirakından qorxan Mixail Saakaşvili anladı ki, Borçalıdan səs ala bilməyəcək. Bu isə həm onun, həm də müxalifətin vahid namizədi Levan Qaçeçiladzenin birinci turda məğlubiyyəti demək idi. Məni Vano Merabişvilinin göstərişi əsəasında Əks-Kəşfiyyat Departamenti həbs etdi. Əvvəlcə dövlət çevrilişi hazırlamaqda, sonra isə irqi-ayrı seçkilik salmaqda ittiham etdilər”.

Daşqın Gülməmmədov söyləyib ki, onun həbsi atasının ölümünə səbəb olub:

“Hətta o vaxt tanınmış vəkil xanım Lali Apçiaurinin məni müdafiə etməsinə belə əngəl oldular. Mən Vano Merabişivilinin və Əks-Kəşfiyyat Departamentinin eks-direktoru Şalva Jqentinin ölüm həddinə çatdırma maddəsi ilə cəzalandırılmalarına nail olacağam. Atam Gürcüstan Azərbaycanlıları Milli Assambleyası (GAMA) Ali Məclisinin üzvü Gülməmməd Güləmmədov Saakaşvili rejiminin mənəvi-psixoloji terrorunun qurbanıdır. Onun ölümündə hətta həmin zaman Gürcüstan prezidentinin səlahiyyətlərinin icra edən Nino Burcanadzenin belə payı var. Bu adamlar mütləq məsuliyyətə cəlb edilməlidirlər. Mən Gürcüstanın yeni Baş prokuroru təyin edilən kimi ona Vano Merabişvili və Şalva Jqentiyə cinayət işi qaldırılması üçün rəsmi müraciət göndərəcəm”.
Bu xəbər oxucular tərəfindən 1657 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed