30.04.2020 [17:05] - Gündəm, Sağlıq
Rumıniyada koronavirusa yoluxanların sayı artır. Rumıniya Səhiyyə Nazirliyi xəbər verir ki, artıq 12 min 240 nəfər xəstəliyə yoluxub. Bunlardan 262 hal son 24 saat ərzində qeydə alınıb. Ölkədə 695 nəfər koronavirusdan ölüb, 4 min 17 nəfər sağalıb. İntensiv terapiyada 221 nəfər yerləşir. Rumıniyada 12 min 53 nəfər karantində saxlanılır, 22 min 229 nəfər isə evdə təcrid olunub. Bu günə kimi xəstəliyi aşkar etmək üçün 175 min 374 test həyata keçirilib.
Bu xəbər oxucular tərəfindən 505 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |