11.10.2012 [12:13] - Gündəm, Hərb
Suriyada davam edən zorakılıqların regionda təsirlərini azaltmaq üçün Amerika Birləşmiş Ştatları İordaniyaya hərbi qüvvələr yerləşdirib. Məsələ ilə bağlı açıqlama verən Birləşmiş Ştatlarının müdafiə naziri Leon Panetta bildirib ki, belə bir addımın atılmasına əsas səbəblərdən biri regionda kimyəvi və bioloji silahların istifadəsi ilə bağlı yaranmış təhlükədir. Onun sözlərinə görə, ABŞ hərbi qüvvələri belə hallarla bağlı İordaniya hərbiçilərinin hazırlıq səviyyəsini artırmağa çalışır."Biz İordaniya hökuməti ilə Suriyadan bu ölkəyə axın edən köçkünlərin humanitar ehtiyaclarını qarşılamaq üçün əməkdaşlıq edirik. Məlum olduğu kimi hazırda Türkiyəyə də kütləvi şəkildə köçkün axını var. Türkiyənin suriyalı köçkünlərə yardım etməsi cəhdləri də təqdirəlayiqdir. İordaniya ilə əməkdaşlığımız çərçivəsində, həmçinin, bölgədə kimyəvi və bioloji silah təhlükəsinə qarşı tədbirlər görülür. Biz bu cür hallar baş verərsə, ən adekvat addımın nə olduğunu müəyyənləşdirməyə çalışırıq. İordaniyaya hərbi qüvvə göndərməkdə məqsədimiz bölgədə gözlənilməz hallara qarşı İordaniya hərbiçilərinin hazırlıq səviyyəsini artırmaqdır. Hazırda orada Baş Qərargahın təsis edilməsi üzrə işlər gedir. Biz, eyni zamanda, Suriyada baş verən hadisələrin regionda yaratdığı nəticələrlə bağlı addımlar ata bilmək üçün İordaniya hökuməti ilə münasibətlərimizi möhkəmləndirməyə çalışırıq» - deyə Panetta sözlərini ifadə edib.
Bu xəbər oxucular tərəfindən 1245 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |