Şrift:
Tacikistanda da koronavirus olduğu rəsmi elan edilib
01.05.2020 [10:58] - Xəbərlər, Türk dünyası-Turan
Tacikistanda COVID-19-a yoluxan 15 nəfərin olduğu rəsmi şəkildə etiraf edilib.

Bu haqda Tacikistan Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, bu virus Düşənbədə 10 nəfərdə, Soqd vilayətində 5 nəfərdə aşkar olunub.

Nazirliyin rəsmi məlumatına görə, bu il fevralın 1-dən aprelin 30-dək Tacikistanda 10937 nəfər karantində olub, 8438 nəfər evə buraxılıb. Hazırda 2 min nəfər xəstəxanadadır. Bunun üçün Düşənbənin altı xəstəxanası ayrılıb. Pasiyentlərin yaş həddi 18-dən 80-nə qədərdir.
Bu xəbər oxucular tərəfindən 507 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed