Şrift:
Erməni millətinin mahiyyəti və Qarabağa gedən yol...
11.10.2012 [12:45] - Gündəm, DAVAMın yazıları
Seymur Həsənli

“Biz millət və dövlət olaraq bir şeyi unutmamalıyıq: Ermənistan adı dövlət və onun siyasi rəhbərliyi işğalçıdır. Ondan gərək hər şeyi zor yolu ilə alasan.”


İyirmi ildir ki, Qarabağ haqqında yazırıq, danışırıq və seyrçi mövqeyi nümayiş etdirməklə Ana Vətənin işğalda qalmasına dözürük. Müsbət məqam odur ki, bu iyirmi il ərzində ordumuz ən yüksək səviyyədə inkişaf edib. Digər məqam isə, informasiya müharibəsində ölkə rəhbərliyinin və gəncliyinin sayəsində Azərbaycanın xeyrinə dəyişən uğurların əldə olunmasıdır. Amma bizim üçün ən önəmli olanı nəticədir. Nəticə isə, torpaqların hələ də işğal altında olmasıdır...
Bu gün müxtəlif qüvvələr tərəfindən “yaxşı erməni”, “ermənilərlə dost olaq, münasibət quraq torpaqları qaytarsınlar” ifadələrini tez-tez eşidirik. Ayrı-ayrı xarici təsirlərdən qaynaqlanan bu fikirlərin müəllifləri düşmənlə düşmən kimi davranmağın mahiyyətini unudub loyallıq nümyaiş etdirmələri, mənim bu məqaləmin birinci hissəsini erməni millətinin mahiyyətinə toxunmağıma səbəb oldu.

1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri ilə Azərbaycan torpaqlarının parçalanması prosesi başlandı. Həmin tarixlərdə Qafqaza erməni adlanan hay etniki köçürülməyə başladı. Tarixə nəzər salıb təhlil etsək, ermənilərin ilin köç zamanı yerli əhaliyə qarşı münasibəti onların bir etnik olaraq gerçək simasını ortaya qoyur. Tarixi Azərbaycan türk torpaqlarında yerləşdirilən bu mənfur etnik getdikcə möhkəmlənməyə və möhkəmləndikcə iddialarla çıxış etməyə başladı. Güclünün qarşısında yaltaq roluna girib, imkan düşəndə onu arxadan balta ilə vurmaq erməni anatomiyasının əsas spesifik xüsusiyyəti olduğundan, onlar hər addımında öz missiyalarına sadiqliyini heç bir zaman unutmayıblar. 19-cu əsrin sonlarından təşkilatlanan ermənilər 20-ci əsrin əvvəllərindən başlayaraq işğalçı, qaniçən mahiyyətlərini ortaya qoyublar. 1905-ci ildə, 1918-ci ildə Azərbaycan türklərinə qarşı yürüdülən qırğın siyasəti onun bariz nümunəsi idi. Artıq iş o yerə gəlib çatdı ki, 1918-ci ildə paytaxt Azərbaycan türk şəhəri olan İrəvan mərkəz olmaqla Ermənistan adlı bir dövlət quruldu. Dövlətin qurulmasına o şərtlə razılıq verildi ki, ermənilər bütün iddilardan əl çəkəcəklər. Atalar yaxşı deyib: “Sən saydığını say, gör fələk nə sayır.”
Qafqazda türkə qarşı dayaq məntəqəsinin olmasının vacibliyini dərk edən Rusiya (o zamankı SSRİ) ermənilərin güclənməsinə dəstək verir, yenidən ərazi iddiaları ilə çıxış etmələrinə şərait yaradırdı. Məhz bunun nəticəsi olaraq Zəngəzur və Göyçə ətrafı bir sıra rayonlar Azərbaycandan alınıb Ermənistana verildi. 1948-1953 cü illərdə Azərbaycan türklərinin 250 mini, 1988-ci ildə isə daha 250 mini Ermənistan ərazisindən deportasiya edilməklə ölkə türksüzləşdirildi və nəhayət Qarabağ iddiası açıq-aydın ortaya qoyuldu, işğal siyasəti başladı və nəticədə Qarabağ ətraf bir neçə rayon ilə birlikdə işğal olundu.

İşğal davam edir və biz iyirmi ildir Qarabağa gedən yolu axtarırıq. Bəlkə də tapmışıq və bunu yaxşı bilirik. Amma bu yolda erməniyə qarşı yumşaq siyasət yoxdur və ola da bilməz! Bu gün hər bir erməni uşağının qarşısına “Böyük Ermənistan” xəritəsi qoyulur. Öz uşaqlarının beyninə “Biz Qarabağı aldıq, siz Naxçıvanı alacaqsız”, “Biz Qarabağı aldıq, siz “Böyük Ermənistanı” quracaqsız” kimi fikirləri yeridirlər. Bütün mənfur siyasətin tərbiyəedicisi olan erməni anası uşağı anadan olarkən onun qulağına “Türk sənin düşmənindir” sözünü pıçıldamaqla “vətən” qarşısında “böyük missiyası”nı yetirmiş olur. Bu fəlsəfə ilə düşüncəsi formalaşan, böyüyən, yetişən bir erməniyə hansı loyallığı göstərə bilərik? Hansı sülhdən danışa bilərik?
İyirmi ildir ermənilərlə sülh danışıqları aparılır və düşünürəm ki, bu, onlar üçün ən böyük güzəştdir. Biz millət və dövlət olaraq bir şeyi unutmamalıyıq: Ermənistan adı dövlət və onun siyasi rəhbərliyi işğalçıdır. Ondan gərək hər şeyi zor yolu ilə alasan. Qarabağa gedən yol da burdan başlayır. Bunu ölkə başçısı da, digər rəsmilər də, ictimaiyyət də çox gözəl bilir. Sadəcə ədalətsiz dünya birliyinin “ədalət”i imkan vermir ki, Azərbaycan öz hərbi gücünə regionda ədaləti bərpa etsin. Türkə qarşı ikili standard anlayışı iki düşmən ölkəni belə birləşdirə bilir. İstədikləri ölkəni işğal edirlər — canlı qüvvə yeridirlər, hava hücumuna məruz qoyurlar, müəyyən qrupları silahlandırıb ölkədaxili qüvvələri bir-birinə qarşı qoyurlar. Amma Azərbaycanın öz torpaqlarını qaytarmaq məsələsinə gələndə dünyanın “sülh damarı” işə düşür. Ərəb ölkələri ilə bağlı qəbul olunan BMT qətnaməsi dərhal icra olunur, amma Qarabağla bağlı dörd qətnamə hələki havada qalıb və bunu tələb edən də yoxdur. Bütün bunlar onu göstərir ki, biz millət və dövlət olaraq daha da güclənib müharibəni ən qısa zamanda reallaşdırmalıyıq. Hər kəs çox gözəl anlayır ki, rəsmi danışıqların vaxtı uzanacaqsa, Qarabağ probleminin həlli də bir o qədər uzanmış olacaq. Neçə illərdir məhz bu danışıqlar səbəbindən proses dondurulmuş vəziyyətdə qalıb. Amma bu illər ərzində Azərbaycan neçə min şəhid verib. Məsələnin müsbət tərəfi odur ki, bu müddət ərzində istər rəsmi, istər ictimai səviyyədə bizim bu davada haqlı olduğumuz daha geniş dünya auditoriyasına çatdırılıb. Amma fakt faktlığında qalır ki, torpaqlarımız hələ də işğal altındadır və ermənilər birbaşa deyirlər ki, Qarabağ Azərbaycana verilməyəcək.

Müxtəlif tədbirlərdə çıxışımda və yazılarımda da qeyd etmişəm ki, başlanacaq əməliyyatın adını heç müharibə də adlandırmaq lazım deyil. Hər bir dövlətin öz ərazisində terrora qarşı mübarizə aparmaq hüququ vardır. Azərbaycanın ərazi bütövlüyü əksər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Bununla bərabər Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞ-ın ən yaxın tərəfdaşıdır. Elə bu tərəfdaşlıq məqamını əsas götürüb öz torpaqlarımızı terrorçulardan təmizləməliyik. Necə ola bilər ki, okeanın o tayından bu tayına gəlib terrora qarşı mübarizə aparmaq olar, amma öz ərazində bu haqqın bərpasına başlayanda terrorçu ilə danışıq masasında məsələni həll etmək istənilə?

Azərbaycan xalqı yalnız özünə güvənməli, dünyada daha çox dost qazanmaqla öz marağına uyğun addımlar ataraq müharibəyə köklənməlidir. Unutmamalıyıq i, ATƏT kimi qurumlar Qarabağ probleminin mövcudluğunun davamlı olması üçün yaradılmış təşkilatlardır.


Xocavənd Rayon İcra Hakimiyyətinin elan etdiyi «Yaddan çıxmaz Qarabağ» mövzusunda müsabiqəyə təqdim etmək üçün yazılmışdır.
Bu xəbər oxucular tərəfindən 1523 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed