01.05.2020 [15:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Dünyada ən böyük sikkə kolleksiyasına sahib olan təbrizli Əmin Hümməti bu kolleksiyanı toplamaqda məqsədinin Azərbaycan adını ucaltmaq olduğunu bildirib.
Hümməti Təbrizin “Nəsr” xəbər agentliyi ilə müsahibədə kolleksiyasında 12,000 sikkə olduğunu, bunun Ginnesin rekordlar kitabına düşən rəqəmdən daha yüksək olduğunu bildirib.
“Bu kolleksiyanı toplamaqla Təbrizin və Azərbaycanın malik olduğu potensiyalı göstərməyə çalışıram. Təbriz sikkə və mədəniyyət mərkəzi olub” -deyən Hümməti əlavə edib ki, “Hər hansı bir qurum və şəxsdən heç bir qarşılıq gözləmirəm. Yalnız şəhərim Təbrizin adını yüksəltmək niyyətindəyəm”.
İlk dəfə doqquz yaşından sikkə toplamağa başlayan kolleksiyaçı 2011-ci ildən etibarən müxtəlif universitetlərdə kolleksiyasının sərgisini keçirib.
“Kolleksiyamda BMT tərəfindən tanınan 198 ölkədən, habelə BMT tərəfindən tanınmayan 50 başqa ölkədən sikkələr var. Birinci Dünya Müharibəsi dövründən qalan, makina ilə basılan və tarixdə adı çəkilən sikkələr kolleksiyamda mövcuddur” -deyən Hümməti bu eksponatları müxtəlif hərraclarda aldığını deyib.
O, koronavirus pandemiyası bitdikdən sonra uyğun bir zamanda kolleksiyasını Təbrizdə nümayiş etdirəcəyini bildirib.

Bu xəbər oxucular tərəfindən 456 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |