Şrift:
"Sepah"ın Ukrayna təyyarəsini vurmasına etiraz edən daha 1 tələbə 6 il həbs və 74 şallaq zərbəsinə məhkum edilib
02.05.2020 [11:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehran Universitetinin tələbəsi Mustafa Haşimizadə İnqilab Məhkəməsinin onu 6 il həbs, 74 şallaq zərbəsi və bəzi ictimai məhdudiyyətlərə məhkum etdiyi barədə məlumat yayıb.



Onun sözlərinə görə, bu hökmlər "Sepah" terror təşkilatının vurduğu Ukrayna sərnişin təyyarəsinə səbəbindən təşkil edilən etiraz mitinqində iştirak etdiyi üçün çıxarılıb. Məhkəmə tələbəyə qarşı "milli təhlükəsizlik əleyhinə fəaliyyət" ittihamı ilə 5 il, "ictimai asayişi pozmaq" ittihamı ilə isə 1 il həbs, 74 şallaq zərbəsi, eləcə də universitet yataqxanasına daxil olmasına qadağa və ruhi xəstələrin müalicə aldığı xəstəxanada icbari işlərə cəlb olunma kimi hökmlər oxuyub.



Bir neçə gün əvvəl Tehran Universitetinin digər tələbəsi Əmir Məhəmməd Şərifi də sözügedən etiraz aksiyasında iştirak etdiyi üçün 3 ay həbsə məhkum edildiyi barədə məlumat yaymışdı.



Ötən həftə isə Amül şəhərinin İnqilab Məhkəməsi yanvar ayında bu şəhərdə Ukrayna təyyarəsinin vurulmasına qarşı keçirilmiş etiraz aksiyasında iştirak etmiş 5 nəfərə qarşı ümumilikdə 30 ay həbs cəzası vermişdi.



Digər tərəfdən, son günlər ərzində Əmir Kəbir Universitetinin bir qrup tələbəsinin də eyni səbəbdən məhkəməyə çağırıldığı barədə məlumatlar yayılıb.



Xatırladaq ki, “Sepah” terror təşkilatının yanvarın 8-də Tehran beynəlxalq hava limanı yaxınlığında iki raketlə Ukraynaya məxsus Boeing 752 təyyarəsini vurması nəticəsində təyyarənin ekipaj heyəti ilə birlikdə 176 günahsız sərnişin həyatını itirmişdi. Ölənlərin ailələrinin İran rejiminin hadisə günahkarlarına layiq olduqları cəzanı verməyəcəklərinə, məsələni ört-basdır edəcəklərini əmin olduqlarını deyirlər.
Bu xəbər oxucular tərəfindən 375 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed