Şrift:
Türkiyənin yoluxma faktı qeydə alınmayan şəhərlərində karantin rejimi mərhələli şəkildə dayandırılacaq
02.05.2020 [13:02] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyənin COVID-19 pandemiyası ilə əlaqədar tətbiq etdiyi karantinlə bağlı çıxış planına uyğun olaraq müqəddəs Ramazan bayramına qədər yeni yoluxma faktı qeydə alınmayan şəhərlərdə karantin rejimi mərhələli şəkildə dayandırılacaq.

Həmin şəhərlərdə qabaqlayıcı tədbirlərin görülməsi ilə sosial həyatın yenidən başlaması, yoluxma qeydə alınmayan şəhərlər arasında gediş-gəlişin bərpası nəzərdə tutulur. “Tərs karantin” adlandırılan bu tətbiqə hazırda Türkiyənin 15 şəhərinin uyğun olduğu bildirilir.

Mütəxəssislərin sözlərinə görə, ölkə ərazisində sosial həyatın bərpası ilə əlaqədar iyunun 5-ə qədər olan müddət çox vacibdir. Belə ki, bu tarixə qədər yoluxanların sayı nəzərə alınaraq mərhələli şəkildə yumşaltma tədbirləri başlaya bilər.

Hazırda Türkiyənin bütün dövlət qurumları tərəfindən ölkənin Səhiyyə Nazirliyinin göstərişlərinə əsasən keçid planına uyğun hazırlıqlar aparılır.

Qeyd edək ki, mütəxəssislər qarşıdan gələn bir neçə həftə ərzində Türkiyədə COVID-19-a yoluxanların sayında əhəmiyyətli dərəcədə azalmanın gözlənildiyini bildirirlər.
Bu xəbər oxucular tərəfindən 686 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed