02.05.2020 [13:08] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
"Sepah" terror təşkilatının Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadənin Suriyada öldürüldüyünə dair məlumatlar yayılıb.
"Reuters" agentliyinin Suriyada olan yerli və rus mənbələrinə istinadən yaydığı xəbərə görə, bir neçə gün əvvəl İsrail qırıcıları Homs şəhərində yerləşən silah anbarını bombalayaraq partladıb və İranın Dəməşq ətrafında mənzillənmiş hərbçilərinin mövqelərinə zərbələr endirib.
Əmir Əli Hacızadənin də həmin hücumlar nəticəsində öldürüldüyü xarici media orqanları tərəfindən yayılan bəzi məlumatlar içərisindədir.
Suriya İnsan Haqları Monitorinq Qrupu hücum nəticəsində 4 İran, 3 Suriya hərbçisinin öldüyünü bildirib.
Lakin bu gün İranın "Cavan Jurnalistlər Klubu" "Sepah"ın Aerokosmik Qüvvələrinin adını çəkmədiyi rəsmisinə istinadən xəbəri təkzib edib.
Qeyd etmək lazımdır ki, bu günə qədər Suriyada öldürülən ən yüksək rütbəli İran hərbçisi "Sepah"ın Aerokosmik Qüvvələrinin komandanlarından olan və Əsəd rejimi tərəfindən Suriya xalqına qarşı döyüşən Hüseyn Həmədani olub.
Digər tərəfdən, Əmir Əli Hacızadə "Sepah"ın yanvar ayının 8-də 176 nəfərin ölməsi ilə nəticələnən Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsini vurmasına göstəriş verənlərdən biridir.

Bu xəbər oxucular tərəfindən 458 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |