03.05.2020 [11:10] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasında və gündəlik ölüm statistikasında azalma davam etməkdədir. Mayın 2-də ölkə üzrə 36 min 318 nəfər üzərində test aparılıb. Onlardan 1983 nəfərində virus aşkar edilib.
Bununla bağlı məlumatı nazir Fahrettin Koca sosial şəbəkədəki səhifəsində paylaşıb. Bildirilir ki, gün ərzində 4 min 451 nəfər sağalıb, 78 nəfər dünyasını dəyişib. Bunla da, ölkə üzrə sağalanaların sayı 58 min 259 nəfərə çatıb. Bu vaxtadək 1 milyon 111 min 366 nəfər testdən keçirilib. Ümumilikdə 124 min 375 nəfər müalicəyə cəlb olunub. Hazırda 1445 nəfər reanimasiyada, 778 xəstə süni nəfəs aparatına qoşulmuş haldadır.
Qeyd edək ki, mayın 1-də yerli vaxtla saat 00.00-da Türkiyədə növbəti dəfə ölkənin 31 vilayəti üzrə komendant saatı tətbiq olunub. Bu dəfə evdən çıxmağa qoyulan qadağa üç gün davam edəcək. Bəzi məlumatlara görə, Ramazan bayramı ərəfəsində tətbiq olunacaq komendant saatı təxminən bir həftə olacaq. Ankara, İstanbul və İzmir daxil olmaqla ölkənin 31 vilayətinə giriş-çıxış qadağası mayın 30-dək davam edəcək. Əhaliyə rəsmi qaydada müraciət olunur ki, koronovirus riskinin azalmasına arxayınlaşmaq olmaz. Virusun yayılmasına qarşı mübarizə qaydalarına, xüsusilə də sosial izolyasiya və təmizlik tələblərinə əməl olunmalıdır.

Bu xəbər oxucular tərəfindən 546 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |