03.05.2020 [17:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney azərbaycanlılar həbsdə saxlanılan milli-mədəni fəal Tövhid Əmir Əminiyə dəstək üçün ictimai şəbəkələrdə şeir paylaşıblar.
Tövhid Əmir Əmini Beynəlxalq Ana Dili günü münasibəti ilə təbrik posterləri payladığına görə Kiyanuş Aslani ilə birlikdə 2019-cu il fevralın 20-də Tehranda saxlanılıb.
Fəallar Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” və “sistemin əleyhinə təbliğat aparmaq” ittihamları üzrə mühakimə olunub.
Əmir Əmini birinci ittihama görə 7.5 il, ikinci ittihama görə 18 ay həbs cəzasına məhkum edilib.
Tehran Apelyasiya Məhkəməsi Tövhid Əmir Əminiyə “sistemin əleyhinə təbliğat aparmaq” ittihamından bəraət verib, lakin digər ittihamı ilə bağlı çıxarılan həbs qərarını olduğu kimi qüvvədə saxlayıb.
Koronavirus infeksiyasının geniş yayılması ilə əlaqədar bir neçə güney azərbaycanlı milli-mədəni fəal məzuniyyətə buraxılsa da Azərbaycan əhalisi və beynəlxalq insan hüquqları qurumlarının ardıcıl tələbinə baxmayaraq Lətif Həsəni, Abbas Lisani, Tövhid Əmir Əmini və Məhəmməd Əbdülməhəmmədzadə kimi milli-mədəni fəallar hələ də həbsxanadan məzuniyyətə buraxılmır.
Azərbaycanlı sosial şəbəkə istifadəçilərinin Tövhid Əmir Əmini haqqında paylaşdığı şeir belədir:
Bir gün bu qaranlıqda işıqlandın ay oldun
Yurdun boğazında tutulan səsdə hay oldun
İstirdi(istəyirdi) qurutsun bu qoca torpağı yadlar
Qatdın özünü eldə bulaqlarda çay oldun
Hər yerdə çıxıb qarşı, olan zülmə dayandın
Nahaq dolanan dillərə əlhəq ki vay oldun
Haqq üstə savaşdıqca yonuldun ucalandın
Qalxıb günü gündən uca dağlarla tay oldun
Üsyan bunu bilmişdi önündə dura bilmir
Görmüşdü necə qışda sazaqlarda yay oldun
Olsun ki bu günlərdə uzaqsan bizə qardaş
Sən dustağa “Tövhid” vətən eşəqində pay oldun

Bu xəbər oxucular tərəfindən 429 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |