Şrift:
ABŞ güney problemini yaxından görərsə…»-Müsahibə
11.10.2012 [17:40] - Müsahibə, Güney Azərbaycan-Təbriz
Son günlər İran iqtisadi durumun daha da pisləşməsi ilə gündəmdədir. Siyasi təhlilçilərin fikrinə görə, İrana tətbiq edilən sanksiyalar artıq nəticə verir. İran pulunun sürətlə dəyərdən düşməsi vəziyyəti daha da gərginləşdirib. Daxildə durum da gərgin olaraq qalr, hətta son günlər ərzaq məhsullarının bahalaşmasına etiraz insanlarla polis arasında qarşıdurma da olub. Bu və digər məsələlərlə bağlı indi müxtəlif məlumatlar gəlməkdədir. Bəs əslində İranda nə baş verir?
Bütün bu məsələlərə aydınlıq gətirmək məqsədilə əslən güneyli soydaşlarımızla söhbətimizi davam etdirəcəyik. Amerika Birləşmiş Ştatlarında (ABŞ) fəaliyyət göstərən Azərbaycan Milli Dirəniş Təkilatının sözçüsü Davud Turan müsahibəsində bu məsələlərə aydınlıq gətirdi.

- İranda son zamanlar baş verən məsələlər bu günün dünənin məsələsi deyil. Bu uzun bir prosesdir kı, nəticəsini bu günlərdə açıq şəkildə görürük. Hakimiyyət legitim bir hakimiyet olmadığı və zoraklıq ilə öz varlığını davam etdirdiyi üçün həm İranın içərsindəki güclər, həm də beynəlxalq qurumların təzyiqi nəticəində çətin günlərini yaşamaqdadır. Regionda ciddi dəyişikliklər gedəcək. İran da bu məsələdən özünü qurtarmaq üçün atom bombasına cəhd edir. Çünkü İran hakimiyyəti yaxşı bilir ki, demokratik şəraəitdə o, öz varlığını davam etdirə bilməz. Bu da istər istəməz İran iqtisadiyyatına təsir edir. Xalq da bəlli bir zamana qədər bu çətin şəraitə dözə bilər. Çünkü artıq bahalaşmanı nəzarətdə saxlamaq mümkünmsüzdür. Hər gün dolların dəyəri qalxır, İran pulu isə öz dəyərini itirir. Bunun ətrafında da İranda hakimiyyət içərisində də fikir ayrılıqları baş verib. Bir zamanlar İranın ən mühüm siyasətçisii və təsiredici mollası olan Rəfsəncaninin iki övladı indi həbs edilib. Əhmədinejadın müavini də həbsdədir. İran içərsindəki bu qarmaqarışıqlıq hakimyyətin öz içərisindən də çökdüyünün göstəricisidir.
- Bunu İrana tətbiq edilən sanksiyalarınm nəticəsi kimi dəyərləndirmək olarmı?
- Əlbəttə sanksiyalar öz nəticəsini bəlli bir müddət sonra görsətməyə başladı. Daha öncə isə sankiyaların nəticə vermədiyi deyilirdi. Amma Avropanın neft sanksiyasından sonra açıq şəkildə biz, İran iqtisadiyyatında sanksiyaların təsirini görməyə başladıq. Çünkü İran iqtisadiyyatı neftə bağlıdır. Orada geniş sənayenin inkişafı yoxdur. Bu İranın işini çətinləşdirdi. Artıq İranın yüksək vəzifəli rəsmiləri də sanksiyaların təsirindən danışmaya başlayıblar. Sonda Əhmədinejad özü də bunu dilə gətirdi. Bundan sonra İranın qarşısında iki yol görsənir, ya geri addım atmalı və iqtisadiyyatını qurtarmaq üçün qərbin dediyinə qulaq asmalı, ya da öz istədiyini eləyib tamamilə qapalı bir ölkə halına düşməlidir. Amma İranda yaşayan toplumun bağlı cəmiyyətə çevriləcəyini qəbul edəcəyini ehtimal etmək çətindir. Bu günlərdə İranın qazına da sanksiyaların qoyulacağı deyilir. Əgər bu da gerçək olarsa o zaman İranın iqtisadıyyatı kökündən batacaq və dövlətin çökmə ehtimalı çoxalacaq. İran içərisində günahkar olaraq Əhmədinejad göstərilməyə çalışılsa da əslində bu, İran dövlət siyasətinin nəticəsində ortaya çıxan məsələdir. Bunun məsuliyyəti də ali dini lider Xamneyinin üzərinə düşür.
- Güney məsələsinin ABŞ konqresində səslənməsi nə vəd edir?
- Konqresmen Dana Rohrabaxerin ABŞ konqresində etdiyi təklifdə Güney Azərbaycan məsələsində dəstək və onların referendum yolu ilə öz gələcəklərini müəyyənləşdirməsi deyilir. Konqresmen Dana Rohrabaxer ilk dəfə olaraq Güney məsələsini ciddi şəkildə Amerika gündəminə gətirmək istəyir. Güney Azərbaycan reallığı Amerika cəmiyyətinin gündəminə gələrsə, fikrimcə, uğurlu olacaq. Çünki orada ciddi bir insan haqları pozuntusu var. Əlbəttə, Rohrabaxerə qarşı fars diasporu hərəkətə keçib. Ona yanlış məlumatlar verərək fikrindən döndərməyə çalışırlar. Biz də Azərbaycan diasporu olaraq bu konqresmenə dəstək və məlumat məktubu hazırlayaraq göndərməyi planlaşdırmışıq. Bu məsələni dünya səviyyəsində işaqlandırmaq və təbliğ etmək lazımdır. Belə düşünürəm ki, bundan sonra regiona yanaşmada Güney Azərbaycan məsələsi daim diqqətdə olacaq. Çünkü Güney Azərbaycan türkləri cəmiyət baxımından İran içərisində güclüdürlər və onlar istəmədən o regionda bir dəyişiklik gözləmək çətindir. ABŞ da güney problemini yaxından görərsə və həqiqəti başa düşərsə o zaman hər iki tərəf üçün də xeyirli olacaq.

- Güneylə bağlı təşkilatların fəaıliyyəti sizi qane edirmi?
- Güney Azərbaycanla bağlı günümüzdə İranın daxilində və xaricində bir çox təşkilat fəaliyət göstərir. Elə onlardan biri də mənim sözçüsü olduğum Azərbaycan Milli Dirəniş Təkilatıdır. Güney hərəkatı 1990-cı illərdən sonra siyasiləşdiyi üçün, siyasi təşkilatlarımız da o illərdən sonra ortaya çıxıbd. Bu qısa zaman içərisində hələ də gözlənildiyi qədər güclənməyib. Bu məsələ bizim hələ də xaricdə siyasi təşkilatlarımızın özünü tapmamasından qaynaqlanır. Azərbaycan siyasi təşkilatları son 15 ildir ki, fəaliyyətə başlayıblar. Güneylə bağlı təşkilatların ciddi şəkildə fəaliyyəti də elə o tarixdən başlayıb. Siyasi təşkilatların fəaliyyət göstərməsi üçün ilk növbədə ciddi bir sistemli proqram, ikincisi isə onun iqtisadi qaynaqlarıdır. Bu məsələlər olmadan siyasi təşkilatlardan bir çox şey gözləmək də doğru deyil. Misal üçün, bizim Azərbaycan Milli Dirəniş Təşkilatı xaricdə özünü daha yeni açıq bir şəkildə ortaya qoyur. Hesab edirəm ki, zaman kəçdikcə, güneyle bağlı fealiyet gösteren Azərbaycan siyasi təşkilatları daha güclü fəaliyyətə keçəcəklər.
Güney məsələsi bundan sonra daha çox gündəmə gələcək. Qonşu və qardaş ölkələrimiz olan Azərbaycan və Türkiyənin üzərinə bu istiqamətdə böyük vəzifə düşür. Güneyin səsini eşitməlidirlər. Orada onların dogma qardaşları yaşayırlar. Hələ də Səid Mətinpur illərdir azadlıqdan məhrum edilib. Bu gün güney həqiqətini görməyənlər sabah onun taleyinin həll olunmasında yer ala bilməyəcəklər. Ona görə də bu dövlətlərin xarici siyasətlərində güney həqiqətlərinə diqqət yetirmələri zəruridir.

Firudin
Bu xəbər oxucular tərəfindən 1745 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed